GİZLİ danışıqların DETALLARI, Bakı və Ankara QARABAĞDA...

Gizli danışıqların DETALLARI, Bakı və Ankara QARABAĞDA… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Moskva Azərbaycan və Ermənistanın Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verdiyini açıqlayıb. Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir. Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi keçirilib. ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. ABŞ kəşfiyyatı Rusiyanı Amerikaya hücuma hazırlaşmaqda ittiham edib. ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib. Vaşinqton Moskvadan indiki beynəlxalq siyasət kursundan imtina etməyi tələb edib. Kiyev Moskvanı Suriya müharibəsinə göndərilməsi üçün Donbasda könüllülər toplamaqda ittiham edib.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 31-də keçirdiyi həftəlik brifinqdə bildirib.

 

Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI

 

Zaxarova Suriya münaqişəsinin nizamlanmasında uğurlu hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət bildirib.

"Suriya və Dağlıq Qarabağ münaqişələri tamamilə ayrı mövzulardır. Hesab edirəm ki, bu münaqişələri bir-biri ilə qarışdırmaq cəhdi yersizdir", - o bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa münaqişənin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək. Bunu Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik ziyafətində çıxışı zamanı deyib.

Makron nitqində qondarma erməni soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın Makronu Dağlıq Qarabağı ziyarətə dəvət etməsinə isə prezident belə cavab verib:

“Fransanın kompromis tərəfdarı olduğu Dağlıq Qarabağ münaqişəsində status-kvo problemin həlli demək deyil. Ümid edirəm ki, bir gün sizə dönəcəm və Qarabağ münaqişəsinin həll olunduğunu söyləyəcəm”.

Ermənistan Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” anti-terror əməliyyatının Dağlıq Qarabağda da təkrarlanmasından qorxur. İrəvanda hesab edirlər ki, Türkiyənin “Zeytun budağı” əməliyyatı Qarabağda da anti-terror əməliyyatının keçirilməsinə presedent yarada bilər.

Ermənipərəst mövqeyi ilə məşhur olan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında Qarabağ ətrafında danışıqların dalana dirəndiyini və yeni gərginliyin ola biləcəyini deyib.

 

Qarabağda “Zeytun budağı” əməliyyatı: Bakının bu addımı İrəvanı QORXUYA SALDI

 

“Birgə səylərimizlə ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcək”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Dağlıq Qarabağda, Dnestryanıda münaqişələrin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. ATƏT Balkanlarda da işləməyə davam edəcək. Biz ATƏT-in Kosovada da aktiv rol oynamasını istəyirik”, - deyə o bildirib.

Sergey Lavrov Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı məsələni şərh edib. Lavrov bunun münaqişənin nizama salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının artırılması olduğunu deyib.

Lavrov qeyd edib ki, münaqişə zonasında etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar 2010-cu ildən davam edir.

 

Lavrov Qarabağ razılaşmasınının detallarını açdı və erməniləri SUSDURDU

 

“Ermənistan PKK terrorçularına işğal etdiyi Dağlıq Qarabağda təlim keçir”.Bu barədə Yaxın Şərq üzrə ekspert Əli Hacızadə deyib.

Ekspert qeyd edib ki, Ermənistan işğal etdiyi Qarabağı PKK ilə birgə istifadə edir.

Ermənistan

Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet - E” raket kompleksini nümayiş etdirib. Rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb. Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.

Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər. Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb.

 

Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAM

 

“Ermənistanda radikal güclər Levon Ter-Petrosyana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla saziş bağlamağa icazə vermədi və onu istefaya getməyə məcbur etdilər. Bu, çox kədərli faktdır”. Bu barədə ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri, Vaşinqtonda “Atlantic Council” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya bölməsinin direktoru Con Herbest deyib. O, Ter-Petrosyanın münaqişəni həll etmək istədiyini xatırladıb.

 

Ter-Petrosyanın Heydər Əliyevlə Qarabağ sazişi imzalamasının QARŞISINI KİM ALDI? - 20 illik SİRR

 

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib. Ermənilər Gümrüdəki rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini düşünürlər.

 

Rusiya geri çəkilir, İrəvan təklənir, Bakı və Ankara Qarabağda... - İrəvan TƏŞVİŞDƏ

 

Türkiyə, İran, Yaxın Şərq

“Türkiyə Avropa İttifaqı ölkəsi olmamalıdır, amma onunla strateji əməkdaşlığı inkişaf etdirmək lazımdır”. Bunu Belçikanın baş naziri Şarl Mişel Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetində “Avropa İttifaqının gələcəyi” mövzusunda mühazirəsilə ilə çıxışında deyib.

O həmçinin Avropa İttifaqı və Türkiyə arasındakı münasibətləri “mürəkkəb” adlandırıb.

Yanvarın 31-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Soçidə keçirilən Suriya Milli Diqaloq Konqresi, “Zeytin budağı” əməliyyatı və İdlib əyaləti də daxil olmaqla Suriyadakı proseslər müzakirə edib.

ABŞ-ın Türkiyə kimi qabiliyyətli bir tərəfdaşı var. Bu sözləri Türkyiə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Nyu York Tayms"a yazdığı məqalədə bildirib.

Çavuşoğlu qeyd edib ki, ABŞ-ın Türkiyə kimi qabiliyyətli ortağı ola-ola, YPG/PKK-ya güvənməsi özünə zərər verəcək böyük bir səhvdir.

Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır. Pilotsuz uçuş aparatları PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri çəkərək əməliyyat mərkəzinə göndərir.

Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində keçirəcəyi əməliyyatı detallarına qədər incələyir.

 

“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞLƏRİ BAŞLAYIR

 

Ankara ABŞ-dan YPG-li terrorçuların (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) işğalı etdiyi Suriyanın Münbic bölgəsindən əsgərlərini çəkməyi istəsə də, Vaşinqton mövqeyini dəyişmək niyyətində deyil. Bu haqda ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general (CENTCOM) Cozef Votel CNN telekanalına açıqlamasında bildirib.

 

ABŞ-Türkiyə döyüşü QAÇILMAZ OLDU - Vaşinqtondan müharibə elanı kimi BƏYANAT

 

ABŞ Suriya Demokratik Qüvvələri koalisiyasına dəstək göstərməyə davam edəcək. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Jozef Votel jurnalistlərə açıqlamasında danışıb.

Kürdlər Afrinin Suriyanın hökumət güclərinin nəzarəti altına verilməsinə razıdırlar. Bu haqda Afrindəki iki mənbə “İzvestiya” nəşrinə bildirib.

“Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib.

Kürdlərin Federal Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyevin sözlərinə görə, kürdlər hazırda Afrinin Dəməşqin nəzarətinə verilməsi barədə danışıqlar aparırlar.

 

Rusiya Türkiyənin kürəyinə zərbə vurmağa HAZIRLAŞIR – Gizli danışıqların ŞOK DETALLARI - VİDEO

 

”Habertürk” nəşri isə yazıb ki, PYD/YPG Suriya kəşfiyyatı ilə 9 dəfə birbaşa, 1 dəfə isə bölgədəki ərəb tayfalarının vasitəsilə görüşüb.

 

Bəşər Əsəddən Türkiyəyə JEST - Terrorçuların 7 şərtlik TƏKLİFİ RƏDD EDİLDİ

 

Lakin sonradan Fərhad Patiyev Kürdlər Afrini Suriya rəhbərliyi və ordusunun nəzarətinə vermək üçün danışıqlar aparmadığını bildirib:

"Kürdlərin Afrini Suriya rəhbərliyinə vermək meylində olduğuna dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. "Şimali Suriya Federasiyası"nın statusu rəsmi olaraq tanınmayana qədər rejim qüvvələri Afrində sərbəst hərəkət edə bilməz".

Tehran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən dəstəklənən PKK/PYD terror təşkilatını hədəf alıb.İranın ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Fəratın şərqindən Suriyanı bölmək istədiyini bildirib. Onun sözlərinə görə, ABŞ öz ordusunu Fərat çayının şərqindən çıxarmalıdır:

“Vaşinqton Suriyanı parçalaya bilməyəcək. ABŞ-ın iki alternativi var: ya onlar öz ordularını Fəratın şərqindən çıxaracaqlar, ya da biz onları buna məcbur edəcəyik. Ağ Evin hədəfi Yaxın Şərq ölkələrini bölüb, onların üzərində nəzarəti saxlamaqdır. Suriya böhranı da bu planın bir parçasıdır”.

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkun (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) PKK məsələsinin həlli prosesində təşkilatın lideri Abdullah Öcalanla məktublaşdığı ortaya çıxıb. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

ABŞ Öcalanın təkliflərini Suriyanın şimalında həyata keçirməyə çalışdığı plana daxil edib.

 

Türkiyəyə qarşı plan həbsxanada hazırlanıb – Gizli məktublarda verilən DƏHŞƏTLİ TƏLİMATLAR

 

İŞİD terrorçuları Afrin əməliyyatlarında PYD/PKK qüvvələrinə dəstək olmaq məqsədilə bu bölgəyə gəlirlər. Bu barədə ASO-nun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında deyib.

O, Afrin həbsxanalarından azadlığa buraxılan İŞİD-çilərin türk ordusuna qarşı vuruşduğunu bildirib.

İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, hamısını itirən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Afrikaya qaçıb. Bu haqda İŞİD üzrə mütəxəssis Hişam əl-Haşimi Böyük Britaniyanın “The Sun” qəzetinə bildirib.

O, Bağdadinin Niger-Əlcəzair sərhədinin qanundan uzaq bölgələrində, ya da Çadın şimalında gizləndiyini söyləyib. Haşimi İŞİD-in 43 əsas liderindən yalnız Bağdadi həyatda qaldığını deyib.

 

Bağdadinin qaçdığı yer məlum oldu – Yeni İŞİD bu ölkələrdə QURULACAQ

 

Moskva İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum etməyə başlayacağı anda yatıb qalmamağa çağırır. Bu haqda Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov “Rossiya 24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.

 

“Yeni müharibə meydanı yaranır, MDB ölkələri...” – Moskvadan QORXUNC XƏBƏRDARLIQ

 

29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi keçirilib. Konqres Rusiya, İran və Türkiyənin təşkilatçılığı ilə baş tutub. Suriya dövlətinə aid bayrağın asılmasına qarşı çıxan müxalifət nümayəndələri Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konresindən çəkilmə barədə qərar veriblər. Suriya müxalifəti konqresdə təmsilçilik hüququnu Türkiyəyə verib.

9 saat davam edən toplantının sonunda Konstitusiya komitəsinin qurulması qərarlaşdırılıb. Konqresdən sonra açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, qəbul olunan qərarların BMT-yə verilməsi barədə qərar verilib. Lavrov Suriya mövzusunda Qərblə hər cür dialoq formatına hazır olduğunu söyləyib.

“ABŞ Türkiyə və Avrasiya ölkələrinin arasını vurmaq üçün təxribatlar törədə bilər”. Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

Duqin Ankara ilə Moskva arasındakı əlaqələrin əhəmiyyətinə diqqət çəkib.

 

Kremlin ideoloqu: “Bu, Türkiyə üçün asan olmayacaq”

 

ABŞ prezidenti Donald Trampın administrasiyası kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün ehtiyac yaranacağı halda, hərbi əməliyyatlara hazırdır. Bu haqda adının gizli saxlanılmasını istəyən amerikalı səlahiyyətlilərdən biri deyib.

“Beynəlxalq ictimaiyyət Bəşər Əsədin üzərində təzyiq yaratmaq üçün dərhal hərəkətə keçməzsə, Suriyanın kimyəvi silahları ölkədən kənara və hətta ABŞ-a yayıla bilər”, - o deyib.

Xatırladaq ki, 2016-cı ilin aprelində İdlib əyalətinin Xan Şeyxun şəhərində kimyəvi hücumun həyata keçirilməsindən sonra ABŞ Suriya ordusuna məxsus Şayrat hərbi bazasını “Tomahawk” raketləri ilə vurmuşdu. ABŞ-ın iddiasına görə, Suriya lideri Bəşər Əsədə yaxın güclər zaman-zaman kimyəvi silahdan istifadə etməyə davam edirlər.

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Suriyada İranın hərbi mövcudluğunun yolverilməzliyi haqqında danışmağa hazırlaşır. Bu haqda İsrail hökumətinin baş naziri Moskvaya bugünkü səfərindən əvvəl bildirib.

Hökumətin başçısı təkrarlayıb ki, yəhudi dövlətinin şimal sərhədlərində iranlıların möhkəmlənmək cəhdi ilə barışmağa hazır deyil və fəal şəkildə buna mane olur.

“Mən bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazırlaşıram. Həmçinin İranın Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək cəhdinə qarşıyıq. Biz bununla barışmağa hazır deyilik”, - Netanyahu deyib.

Qeyd edək ki, İsrail Suriyada İrana yaxın olan “Hizbullah” təşkilatına qarşı hərbi əməliyyatları daim keçirdiyini etiraf edir.

İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşündə “İran Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək istəyir və bu təhdidi qəbul edə bilmərik” deməsinin ardınca müdafiə naziri Aviqdor Liberman Livanla yeni bir müharibə siqnalı verdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını bildirib.

 

İsraildən müharibə SİQNALI: “Bütün şəhər sığınacaqlarda olacaq”

 

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson İngiltərənin İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini bildirib. Nazir İsraildəki səfirliyin Tel Əvivdə də qalacağını deyib.

"Bu baş verməyəcək, bizim belə bir fikrimiz yoxdur”, - Conson bildirib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.

Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var.

 

ABŞ “Kreml məruzəsi”ni açıqladı – Siyahıda azərbaycanlı milyarderlər də var (YENİLƏNDİ)

 

Rusiya Prezidenti Vladimir Putin “Kreml məruzəsi” ilə bağlı şərhində Rusiyanın daxili məsələləri ilə maraqlanmalı olduğunu bildirib.

“İt hürər, karvan keçər. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır”, – deyə o bildirib.

“Kreml məruzəsi”nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

Kremlin sözçüsünün sözlərinə görə, yeni sanksiyalara adekvat cavab veriləcək.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov isə qeyd edib ki, yeni sanksiyalar ABŞ-ın Rusiya ilə qarşıdurmasına dönməz xarakter verəcək.






Fikirlər