HÜCUMun TARİXİ, Bakı və Ankara QARABAĞDA…

Hücumun TARİXİ, Bakı və Ankara QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib.ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. ABŞ kəşfiyyatı Rusiyanı Amerikaya hücuma hazırlaşmaqda ittiham edib.Mayk Pompeo Çinin ABŞ üçün ən azı Rusiya qədər təhlükəli rəqib olduğunu açıqlayıb. Böyük Britaniya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyəcək.

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib.Ermənilər Gümrüdəki rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini düşünürlər.

 

Rusiya geri çəkilir, İrəvan təklənir, Bakı və Ankara Qarabağda... - İrəvan TƏŞVİŞDƏ

 

Afrində PKK/YPG terrorçularına qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu Burseya dağı yaxınlığındakı strateji yüksəkliyi ələ keçirib. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi bombardmandan sonra Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri yüksəkliyə hücum edərək oranı tam nəzarətə götürüb.

Qarşıdurma zamanı 15 terrorçu məhv edilib. Bu yüksəkliyin ələ keçirilməsi ilə əməliyyatın qərb xəttində önəmli uğur əldə olunub.

Suriya dövlətinə aid bayrağın asılmasına qarşı çıxan müxalifət nümayəndələri Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konresindən çəkilmə barədə qərar verib. Suriya müxalifəti konqresdə təmsilçilik hüququnu Türkiyəyə verib.

Türkiyəni toplantıda xarici işlər nazirinin müavini Sedat Onal, Rusiyanı prezidentin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı isə xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari təmsil edir.

Səudiyyə Ərəbistanında korrupsiya ilə mübarizə çərçivəsində həbs edilən bütün şəxslər “Ritz Carlton” otelindən azadlığa buraxılıb. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Qeyd edək ki, noyabr ayında keçirilən korrupsiyaya qarşı mübarizə çərçivəsində Səudiyyə Ərəbistanında 300-dən çox şəxs həbs edilmişdi. Onlar sırasında şahzadə, dövlət rəsmiləri, milyarderlər yer almışdı.

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson İngiltərənin İsraildəki səfirliyini Qüdsə köçürməyəcəyini bildirib. Nazir İsraildəki səfirliyin Tel Əvivdə də qalacağını deyib.

"Bu baş verməyəcək, bizim belə bir fikrimiz yoxdur”, - Conson bildirib.

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.

Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var.

 

ABŞ “Kreml məruzəsi”ni açıqladı – Siyahıda azərbaycanlı milyarderlər də var (YENİLƏNDİ)

 

Rusiya Prezidenti Vladimir Putin “Kreml məruzəsi”nə reaksiya verib. O, Rusiyanın daxili məsələləri ilə maraqlanmalı olduğunu bildirib.

“İt hürər, karvan keçər. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır”, – deyə o bildirib.

“Kreml məruzəsi”nə daxil edilmiş Rusiya siyasətçiləri və biznesmenləri de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bunu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”nin dərcini şərh edən Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Siyahıda olanların hamısı de-fakto ABŞ-ın düşməni adlandırılıb. Bu, siyahıdakılara ümumi yanaşmadır”, - Peskov bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, yeni sanksiyalara adekvat cavab veriləcək.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov isə hesab edir ki, yeni sanksiyalar ABŞ-ın Rusiya ilə qarşıdurmasına dönməz xarakter verəcək.

Rusiya Federasiya Şurasınının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviçin sözlərinə görə, bu addım ABŞ-ın Rusiya ilə əməkdaşlığını faktiki olaraq mümkünsüz etdi:

“Buraya ölkənin bütün əhəmiyyətli fiqurlarının hamısı daxil edilib. Bu siyahının nəticəsinin nə olacağını bilmirəm. ABŞ kobud şəkildə dövlətlər arasındakı bütün mümkün prinsipləri pozdu”.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş “Kreml məruzəsi”ni iyrənc adlandırıb. Rusiyalı siyasətçi bu haqda mətbuat konfransında deyib.

 

“Onlar vuruşmaqdan qorxurlar” - Jirinovski müharibəni SEÇDİ

 

ABŞ-ın yeni və güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirəcək. Bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, ABŞ-ın Kremlə yaxın olan şəxslərə sanksiyalar tətbiq edəcəyi ehtimalı Rusiyanın bütün hakimiyyət sistemini dağıdacaq:

“Cinayətkar sxem müəyyən səssizlik olmadan və ya Qərblə əməkdaşlıq etmədən hökm sürə bilməz. Mən çirkli pulların yuyulmasına dair mübarizə ilə bağlı qanundan danışdım. Niyə o, 25 il ərzində qəbul edilməyib? İlk növbədə pullar Amerika iqtisadiyyatına yatırılırdı.

Moskva Qərblə münasibətlərin kəskinləşməsinə hər zaman hazırlıqsız olub və bu da əsas məqamdır. İndi Putin bütün qırmızı xətləri keçib. Bunu o təkcə Ukraynada yox, həm də ABŞ-dakı seçkiyə müdaxilə ilə edib”.

Rusiya 6 noyabrda Amerikaya hücuma hazırlaşır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mike Pompeo Rusiyanın 6 noyabrda Konqresə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını açıqlayıb.

“Rusiya seçkilərə müdaxilə etməyə cəhd edəcək, lakin Amerikanın seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə inanıram. Onlara elə bir zərbə vuracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”, - deyə o bildirib.

 

Rusiya noyabrda Amerikaya hücum edəcək – Kəşfiyyat şefi PLANI AÇDI

 

Mayk Pompeo Çinin ABŞ üçün ən azı Rusiya qədər təhlükəli rəqib olduğunu etiraf edib. Onun sözlərinə görə, Çin ABŞ-ın bilgilərini ələ keçirərək dünya miqyasında gizli bir hakimiyyət yaratmağa çalışır. Pompeo bildirib ki, Şimali Koreya bir neçə ay içində ABŞ-ı nüvə raketləri ilə vurmaq potensialına yiyələnəcək. MKİ isə hazırda Şimali Koreyadan gələ biləcək hər hansı bir nüvə təhdidi qarşısında ABŞ-ın nə edə biləcəyini araşdırmaqla məşğuldur.

 (Publika.az)






Fikirlər