Dünyanı ŞOKA salan ADDIM - FOTO/VİDEO
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar generallarla birlikdə Havadan Koordinasiya-Nəzarət təyyarəsində Afrin əməliyyatına səmadan müşahidə edib. Publika.az xəbər verir ki, türk generallar əməliyyat zamanı terrorçulardan təmizlənən ərazilərə və PYD/YPG mövqelərini izləyib.
Generalların olduğu təyyarə dünyada çox az ölkədə var. Havada 200 saata qədər qala bilən bu təyyarə vasitəsilə 500 kilometrlik ərazidə baş verənlərə nəzarət etmək mümkündür.
H.Akar və digər generalların əməliyyat zonasına şəxsən getməsi dünyada maraqla qarşılanıb.