ƏRDOGAN: "Bu, hər millətin YAZA biləcəyi TARİX deyil"
Sultan Əbdülhəmidi dövlətimizin son 150 ilinə damğasını vuran ən önəmli, strateji zehnə sahib şəxsiyyətlərdən biri kimi görürük. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sultan II Əbdülhəmidin 100-cü ildönümü ilə bağlı keçirilən anma mərasimində deyib. O, Osmanlı dövründə 33 il boyunca hökmdarlıq etmiş Sultan II Əbdülhəmidin fotolara və xatirələrə sığmayacaq qədər dəyərli bir şəxsiyyət olduğunu vurğulayıb: “Tarixdə iz buraxmış Sultan II Əbdülhəmid həyatı illər boyu müzakirə olunmasına baxmayaraq, mirası, xarakteri, əsərləri. Cümhuriyyət dövrünə təsiri ən az bilinən hökmdardır. Adı dərs kitablarına “Qızıl sultan” olaraq düşüb. Biz min illik varlığımızın heç bir dövrünü yox saya bilmərik. Şübhəsiz ki, bütün millətlərin tarixində zəfərlər, süqutlar, qan və acı dolu hadisələr var. Bir milləti var edən tarixindəki hadisələrin bütövlüyüdür. Tariximizlə qürur duyuruq. Bu, hər millətin yaza biləcəyi tarix deyil. Həmd olsun ki, belə bir tarixə sahibik”.AzerTaym.az