PUTİN Qələbəni OĞURLAYIR, Qərb Susur! – “Bütün dünya FIRILDAQÇINI yaxşı tanıyır, amma…”

vladimir_putin_in_chair_vt_article_151014

Mart ayında rusiyalılar Vladimir Putinin mütləq qələbə qazanacağı prezident seçkilərində səs verəcəklər. Bu iddianın əksi barəsində bir saniyə düşünün. İstənilən seçkidə rəqabət olur.

Bəs prezidentlik postunu üç müddətdir ki, əlində saxlayan Vladimir Putin əvvəlcədən qələbəyə necə əmin ola bilər?

Cavab belədir: Rusiyada seçkinin ancaq və ancaq adı var! Əsl həqiqətdə isə, Rusiyadakı seçkilər saxtalaşdırılır. Seçkilər yalnız korrupsiyalaşmış oliqarxiyaya demokratik görüntü vermək üçün lazımdır. Hakimiyyətin qeyri-şəffaflığına uyğunlaşmış rusiyalılar üçün yeni bir şey yoxdur. Amma Qərb demokratiyasının baş verənlərə qarşı çox zəif reaksiya verməsi daha böyük təəccüb doğurur.

Putin 18 martda qələbə qazanacaq. Çünki onun yaratdığı sistem “idarəedilən demokratiya” adlanır və burada qözlənilməzik elementi istisna olunur. Putinin ən güclü rəqibi Aleksey Navalnı uydurulmuş hüquqi əsaslarla seçkidə iştirakdan məhrum edilib.

Putinin televiziya kanalları və digər KİV-lər üzərində nəzarəti ona gətirib çıxarıb ki, onun siyasi oponentləri praktiki olaraq görünməz olublar. İstisna yalnız onların məhkəməyə düşdükləri epizodlardır. Ancaq Putinin ictimaiyyət arasındakı istənilən görüşü çox geniş şəkildə işıqlandırılır.

Rusiyada seçki öncəsi debatlar və sanksiyalaşdırılmamış ictimai rəy sorğusu keçirilmir. Formal olaraq seçkilərdə Putinin rəqibləri mövcud olur, lakin onlar daha çox sparrinq-partnyora oxşayırlar və bu adamların vəzifəsi prosesə legitimlik verərək, çempiona öz güclü zərbələrini nümayiş etdirmək imkanı yaratmaqdan ibarətdir. Hal-hazırda onlar arasında ifrat millətçi Vladimir Jirinovski və “Lenin adına sovxoz”a rəhbərlik edən Kommunist Partiyasından namizədi Pavel Qrudinin də var.

Realiti şounun keçmiş aparıcısı Ksenya Sobçak Putinizmə alternativ təklif edə biləcəyini bəyan edir. Lakin o, artıq Rusiyada ikrah doğuracaq “Rusiyanın Peris Hiltonu” ləqəbinə layiq görülüb. Bu yaxınlarda Sobçak Putinin müttəfiqi Ramzan Kadırovun idarə etdiyi Çeçenistanın paytaxtı Qroznıda olanda polis onu qorxutmağa cəhd göstərib, əleyhinə olan adamlar isə onun ata oxşadığını qışqırıblar.

Ümumiyyətlə, deyə bilərik ki, qələbə Putinin cibindədir. Hər şey həll olunub. Başqa heç bir nəticəni təsəvvürə gətirmək mümkün deyil. Analitiklərin sözlərinə görə, Putini indi əsas həyacanlandıran məsələ – seçkilərə daha çox adamın gəlməsi və səslərin sayına görə onun rəqiblərindən daha çox aralanmasıdır. O, istəyir ki, zahirən azad və ədalətli görünəcək seçkilər onun beynəlxalq arenadakı nüfuzunu qaldırsın. Putin, həmçinin 2012-ci ildəki kimi küçə yürüşlərinin olmasını arzulamır.

Başqa sözlə, Putin iki məqsədə birdən çatmaq istəyir: seçkilərdə əsl rəqabətin getdiyini nümayiş etdirmək və özü üçün hər hansı risk daşımadan seçkilərdə qalib gəlmək. Hələki, o, buna nail ola bilir.

Əgər bu cür saxtalaşdırılmış seçki İranda, Zimbabvedə və ya Venesuelada keçirilsəydi, hər gün Ağ Evdən qəzəblə dolu tvittlər yazılardı. Amma aydın olmayan səbəbə görə, Donald Tramp susur. Nəyə görə? Hamıya bəllidir ki, Tramp Kremldəki “qoçaq” oğlana rəğbət bəsləyir. Onlar arasında xeyli sayda şəxsi, işğuzar və siyasi əlaqələr qurulub. Hal-hazırda bu əlaqələrin bəziləri ABŞ-dakı federal təhqiqatın obyektidir.

tramp

Amma Tramp administrasiyasının indiki davranışı ikrah doğurur. Navalnıya qarşı göstərilən münasibətə və Rusiyada demokratiyanın çatışmazlığına görə Kremli kəskin qınamaq əvəzinə, Tramp, Putin və onun oliqarxlarına qarşı əlavə sanksiyaların qəbul edilməsindən yayınır.

Senatdakı azlığın dərc etdiyi məruzəyə baxmayaraq, Tramp Putin Rusiyasına qarşı ”köməkçi” mövqeyində dayanmış kimi görünür.

Həmin məruzədə deyilir: ”Uzun illər ərzində Putin hökuməti demokratiyaya, Avropadakı və ABŞ-dakı qanunun diktaturasına qarşı yorulmadan hücum edir. Kreml hərbi müdaxilə, kiber hücum, dezinformasiya, marjinal siyasi qrupların dəstəklənməsi, enerji resurslarından, mütəşəkkil cinayətkarlıqdan və korrupsiyadan asimmetrik arsenal kimi istifadə edir. Əgər ABŞ bu kompleks və artan təhlükəni ortadan qaldırmaq üçün təcili tədbirlər görməzsə, onda rejim 2018-ci ildəki ABŞ seçkiləri də daxil olmaqla, bütün dünyadakı demokratiyaya qarşı öz arsenalını genişləndirməkdə və təkmilləşdirməkdə davam edəcək. Hələ Amerika tarixində ABŞ prezidenti bizim milli təhlükəsizliyimizə qarşı olan bu cür təhlükəni belə açıq şəkildə kənara itələməmişdi”.

tereza mey

Bu təhlükələrə təkcə Tramp göz yummur. Noyabr ayında Tereza Mey Putinin digər ölkələrdəki seçki və referendumlara müdaxilə etməsini tənqid atəşinə tutmuşdu. Amma nə o, nə də Boris Conson Putinin Rusiyadakı seçkiləri saxtalaşdırmasına qarşı açıq etiraz etmirlər. Bu susqunluq Böyük Britaniyanın Afrika və ya hansısa digər ölkələrdəki demokratiyanın müdafiəsi ilə bağlı söylədiyi narahatlıqla kəskin ziddiyyət təşkil edir.
Navalnının seçkilərdən uzaqlaşdırılmasının Avropa Şurasının xoşuna gəlməməsinə baxmayaraq, Avropanın aparıcı dövlətləri olan Fransa və Almaniya da Rusiyadakı seçkilərlə bağlı kəskin tənqidlə çıxış etməmək qərarına gəlib. Avropa Şurasının nümayəndələri isə yumsaq formada söyləyiblər ki, Navalnıya qarşı tətbiq olunan qadağa Rusiyadakı siyasi plüralizmə ciddi şübhələr yaradır.

Ümumiyyətlə isə, heç düşünməyin ki, Qərb hökumətləri Putinin onlara qarşı etdiyi kimi, hər hansı gizli kiber əməliyyat həyata keçirərlər. Hətta, əgər onlar bunu etməyə cəhd göstərsələr də, onların taktikası işləməz.

Putin rejiminə münasibətdəki bu cür rüsvayçı özünə əminsizlik və hətta onlara göstərilən mərhəmət haradandır? Qərbin Rusiyadakı demokratiyanı dəstəkləməyi bacarmaması, Moskvanın Ukraynada, Balkanlarda və Suriyadakı qanunsuz fəaliyyətləri ilə bağlı Qərbin göstərdiyi zəifliyin davamıdır.

Bəlkə də, Qərb liderləri qeyri-sabitlikdən və həmçinin də, Putin hakimiyyəti itirəcəyi təqdirdə maliyyə, energetika sektorunun çökməsindən ehtiyat edirlər. Ola bilər ki, zəifləmiş, parçalanmış Qərb, soyuq müharibənin qurtarmasından sonra meydana gəlmiş postsovet demokratiyasına münasibətdə əlini yelləyərək, ona əhəmiyyət verməməyə başlayıb. Əgər söhbət Trampdan gedirsə, onda o, Putinin sərt diktator yanaşmalarına valeh olub və hətta ona bənzəməyə çalışır. Keml rəhbərinə rəğbət bəsləyənlər deyirlər ki, biz Rusiya və Putini başa düşmürük. Amma əslində bütün dünya yalançı və fırıldaqçını yaxşı tanıyır!

(“The Guardian”-Böyük Britaniya)






Fikirlər