PUTİN VƏ ABŞ PREZİDENTLƏRİ – Onlar Rusiya təhlükəsini necə GÖZDƏN QAÇIRIBLAR?

putin

Kremlin Amerikadakı prezident seçkilərinin gedişinə təsir göstərmək cəhdi barəsində kəşfiyyat agentlərinin Barak Obamaya verdikləri məlumata onun reaksiya göstərmək istəməməsi ilə bağlı administrasiyanın keçmiş məmuru bu yaxınlarda belə deyib: “Elə hiss keçirdim ki, sanki bizi küncə sıxışdırıblar”.

Prezident Donald Tramp da daxil olmaqla, bir çoxları soruşublar: Nə üçün administrasiya daha qətiyyətli hərəkət etmək istəməyib?

İndi bu tarixin təfərrüatı, nəhayət ki, özünə daha çox diqqət çəkir və aydın olur ki, Trampın köməkçilərindən biri, bilavasitə rusiyalı hakerlərlə əlaqəlidir. Belə olan halda ümumi mənzərinin geniş planda görünməsi çox mühümdür.

Burada əsas müəmmalı məsələ, nə üçün Obamanın 2016-cı ildə rusiyalı hakerləri durdurmaq istəyində olmamasıdır. Axı nəyə görə nə Obama, nə kiçik Corc Buş və nə də onların nazirləri uzun illər ərzində güc yığan Rusiya aqressiyasından irəli gələn təhlükəni etiraf etmək istəməyiblər. Məhz onların bu cür istəksizlikləri Tramp kimi adamların karyerasının inkişafına təkan verib.

Bu suallara cavab tapmaq üçün Sovet İttifaqının dağıldığı 1990-cı illərə qayıtmaq lazımdır. SSRİ-nin çökməsindən sonra amerikanların əksəriyyəti böyük rahatlıqla Rusiyanı unutdular. Onlar düşünürdülər ki, nəhayət, soyuq müharibə qurtardı və biz başqa şeylər barəsində, məsələn – iqlim dəyişikliyi və ya Yaxın Şərqdəki vəziyyətlə maraqlana bilərik. Dövlət Departamentinin rus dilini mənimsəyən məmurları ərəb dilini öyrənməyə başladılar. Strateqlər öz diqqətlərini dünyanın başqa regionlarına tuşladılar və prezident Bill Klinton Rusiyanı “Böyük yeddiliy”ə üzv dəvət etdi və beləliklə də ümumi yekunda bu təşkilat “Böyük səkkizlik” adlanmağa başladı. Növbəti bir neçə il ərzində heç kim Rusiyaya xüsusi əhəmiyyət vermirdi. Əksəriyyət hesab edirdi ki, Rusiya Qərb yönümlü liberal dövlətə çevriləcək. Qərb siyasətçiləri Rusiyaya əhəmiyyət vermədikləri bir vaxtda, Qərbin digər nümayəndələri Rusiyanın transformasiya olunmasına yön verməyə hazır idilər. Lakin Qərb siyasi dairələrindəki bir çoxları, xüsusən də mütəşəkkil cinayətkar dəstələrlə ittifaq bağlayan, dövlətə məxsus pulları oğurlayan və onları xaricdə “yuyaraq” sonradan Rusiyaya qaytarıb hakimiyyətin zəbt olunmasında istifadə edən Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabitlərindən ibarət dəstəyə həvəslə kömək göstərirdilər. Qərb prezidentləri və baş nazirləri digər məsələlərlə məşğul olduqları bir vaxtda, Qərb hüquqşünasları, buxqalterləri, ofşor bankların prinsipsiz sahibləri və hətta iri və nüfuzlu bankların rəhbərləri əlverişli vəziyyətin yetirdiyi böyük fürsətdən məmnuniyyətlə istifadə ediblər.

Hamı bu işdən pay götürməyə can atıb. Oğurlanmış vəsaitlər hesabına yaranmış “Rosneft” şirkəti 2006- cı ildə böyük təmtəraqla London birjasında ilk debütünə başladı. Sonralar deyiləcəkdi: “Cinayətkarlıq və korrupsiya Rusiyada mürəkkəb işgüzar iqlimi korlaya bilər”. Lakin hələ ilk başlarda Rusiyadakı işgüzar mühitin “normal” olmasını təkrarlamaq çox rahat və gəlirli idi. ”Rosneft”in London birjasındakı debütünün elə ilk həftəsində Vladimir Putin “Böyük səkkizliy”in Sankt-Peterburqda sammitini keçirdi.

Burada həmin uzun və müərəkkəb tarixin yalnız qısaldılmış versiyası nəql olunur. Lakin bizə əsas anları xatırlamaq lazımdır, çünki onlar bugünkü vəziyyətlə əlaqədar olan məsələlərin mənbəyinin izah edilməsinə yardım göstərir. Biz indiyədək nə qədər Rusiya pulunun Trampın biznes imperiyasına investisiya qoyulduğunu bilmədiyimiz haqqında düşünək.

Amma biz bilirik ki, son 15 il ərzində Rusiyadakı pullar aktiv şəkildə Nyu-York və Londondakı daşınmaz əmlaklara yerləşdirilib və həmin pullar mənzil bazarının əyilməsinə, qiymətlərin qalxmasına, bərabərsizliyin yüksəlməsinə və eyni zamanda da Tramp kimi adamların varlanmasına kömək edib. Biz bilirik ki, Tramp və o cümlədən digərləri, Rusiyadan və keçmiş Sovet İttifaqından çıxmış adamlarla müxtəlif sövdələşmələr həyata keçiriblər. Biz, həmçinin onu da bilirik ki, Tramp uzun müddət Putinə heyranlıq bəsləyib. Bəlkə də ona görə ki, Putin siyasi hakimiyyət əldə olunması üçün puldan istifadə edib və sonra isə yiyələndiyi siyasi hakimiyyətdən istifadə edərək, pul qazanıb. Şübhəsiz ki, Tramp da bu cür etmək niyyətindədir. Biz yaxşı bilirik ki, o tək olmayıb. Hüquqi nöqteyi-nəzərdən Rusiya pullarının üzərində korrupsiya möhürü yatırdı, lakin onların miqdarı o qədər idi ki, banklar və şirkətlər şirnikləndirici və başdan çıxaran məbləğlərə müqavimət göstərə bilmədilər və siyasətçiləri onların tərəfində dumağa inadıraraq, çox şeyə göz yummağa başladılar.

Bu pullar Almaniyanın keçmiş kansleri Şröderi cəlb etdi, indi o, Rusiyanın qaz inhisarçısı “Qazprom”un filiallarının birində işləyir və Almaniya televiziyasında Rusiyanın mövqeyini müdafiə edir. Rusiya, həmçinin Fransanın NATO və Avropa Birliyindəki üzvlüyünün əleyhinə çıxan ekstremist fransız partiyası olan “Milli cəbhə”ni maliyyələşdirir. Həmin partiyanın lideri Mari Le Pen prezident seçkilərinin final raunduna qədər gəlmişdi. Rusiya indiyə kimi müxtəlif Avropa ölkələrindəki və göründüyü kimi həm də ABŞ-dakı ekstremist qrupları, ifrat sağ və ifrat sol cərəyanların təbliğatçılarını dəstəkləyir.

İki on illik ərzində Rusiya hökuməti və Rusiya şirkətləri işgüzar korrupsiya münasibətlərinin qurulması və Şərqi və Qərbi Avropadakı demokratiyanın dağıdılması üçün böyük pullar xərcləyiblər. Bu dövrlərdə ABŞ prezidentləri və dövlət katibləri Rusiyadan gələn təhlükələri ciddi qəbul etməyiblər. Onlar ya Kremlin xeyirxahlığını həddindən yüksək qiymətləndiriblər və ya da ki, onun zərər vurmaq qabiliyyətini düzgün dəyərəndirməyiblər. 2001-ci ildə Buş ”Putinin gözlərinə baxıb və onun qəlbini hiss edib”, 2013-cü ildə isə Obama Putinin davranışlarını ”arxa sıralarda oturan məktəblinin darıxması” adlandırıb.

Onlardan heç biri Rusiya pullarının nə Nyu-York daşınmaz əmlak bazarına, nə də Qərb demokratiyasına göstərdiyi məhvedici təsirləri barədə özlərinə hesabat verməyib. Onlardan heç biri Avropanın sərhəddindəki yarı kriminal və iri kleptokratik dövlətin Qərbin siyasi sabitliyinə təhlükə törədə biləcəyini anlamayıb. Onlardan heç biri anlamayıb ki, artıq ABŞ siyasi sistemi Fransa, Almaniya və Ukraynanınkı kimi hədsiz kövrək olub ki, Amerikan siyasi texnoloqları Rusiya hakerlərinə müraciət edə biliblər.

2016-cı ildə Rusiyanı dayandırmaq gec idi. Ona görə ki, o böyük zərbələr vurmağa artıq macal tapmışdı.

(“The Washington Post”)

 






Fikirlər