BİNƏLİ Yıldırım azərbaycanlı şəhid övladları İLƏ GÖRÜŞƏCƏK

Binəli Yıldırım azərbaycanlı şəhid övladları ilə görüşəcək

Türkiyə baş naziri Binəli Yıldırım Çankaya köşkündə "Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır" layihəsi çərçivəsində Azərbaycandan gələn heyəti qəbul edəcək.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, daha əvvəl Ankara Keçiören bələdiyyə
sədri Mustafa Ak Estergon Türk Mədəniyyət Mərkəzində ölkəmizdən gedən şəhid övladlarını qəbul edib. Nitqlə çıxış edən Ak "Türkiyə və Keçiörenə xoş gəldiniz. Tək millət, iki dövlət olan Azərbaycan və Türkiyə birliyi, qardaşlığı liderlərimizin yaxın dostluğu ilə daima davam edəcək. Sizlər Türkiyənin bir hissəsi olduğu kimi, biz də Azərbaycanın bir parçasıyıq. Hər il 26 fevralda şəhidlərimizi anaraq Xocalı soyqırımını unutmadığımızı dünyaya göstəririk. İnşallah işğal altındakı Qarabağ tez zaman azadlığa qovuşar. Dua və dəstəyimiz bu istiqamətdədir. Yaşasın Türkiyə, Yaşasın Azərbaycan" fikirlərini səsləndirib.
Qeyd edək ki, şəhid övladları daha sonra Keçiören ərazisində salınan Xocalı məbədini ziyarət ediblər.
13 gün davam edəcək səfərdə azərbaycanlı şəhid övladları bir sıra görüşlər keçirərək Türkiyə tarixi barədə məlumatlar alacaqlar. Oxşar layihə Azərbaycanda da təşkil ediləcək və türkiyəli şəhid övladları ölkəmizə göndəriləcək.

 






Fikirlər