“Serjin ŞEYTAN oyunu” planının ŞOK DETALLARI

“Hər şey “Serjin şeytan oyunu” çərçivəsindədir. Serj Sarkisyan baş nazir olmayacaq, çünki əraziləri qaytarmaq niyyətindədir”.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan Ədliyyə Nazirliyinin cinayət icraçı idarəsinin keçmiş müdiri Muşeq Saqatelyan çıxış edib.

Onun sözlərinə görə, Serj Sarkisyan “erməni xalqının düşməni” olmamaq üçün ərazilərin qaytarılması yükünü yeni prezident Armen Sarkisyan və ya hazırkı müdafiə naziri Vigen Sarkisyana ötürəcək.

“Serj Sarkisyan Vigen Sarkisyanı baş naziri təyin edəcək və özü müdafiə naziri olacaq. O, Vigeni ərazilərin təslim etməsi haqqında sənədi imzalamağa məcbur edəcək”, - Saqatelyan hesab edir.

Serj Sarkisyan

Xatırladaq daha əvvəl erməni politoloq Stepan Qriqoryan iddia edib ki, Rusiya Qarabağı Azərbaycana qaytarmağı planlaşdırır.

“Moskva artıq Qərbin superdüşməni olub. Moskva üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana onun istədiklərini verməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya ona Suriyada kürdlərlə mübarizədə və Qarabağda mane olmasın. Onlar Ermənistanı Qarabağı qaytarmağa məcbur edirlər. Ruslar deyirlər ki, nəticə çıxarmışıq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. Çünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balansı Azərbaycanın xeyrinə dəyişib”, – o bildirmişdi.

Vigen Sarkisyan

Qeyd edək ki, rusiyalı deputat Konstantin Zatulin İrəvanda çıxışı zamanı Moskvanın Aprel savaşından nəticə çıxardığını və Azərbaycana yalnız 2016-cı ildən öncəki müqavilə əsasında silahlar tədarük edildiyini bildirib. (Axar.az)

Qeyd edək ki, Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da bitir və yeni prezident Armen Sarkisyan səlahiyyətlərin icrasına başlayacaq. Bundan sonra hökumət buraxılacaq və yeni baş nazir seçiləcək.

Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumət olacaq. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edəcək. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Armen Sarkisyan

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, həmçinin müharibə vəziyyətində və sülh sazişinin imzalanmasında əsas söz sahibi baş nazir olacaq. Dağlıq Qarabağ danışıqlarına əsas nəzarəti yeni yaradılan Təhlükəsizlik Şurası edəcək. Təhlükəsizlik Şurasına baş nazir başçılıq edəcək. Baş nazirin müavinləri, müdafiə naziri, Baş qərargahın başçısı, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin direktoru və polis rəisi onun üzvləri olacaqlar. Prezident və parlament sədri şuraya daxil edilmir.

Ölkənin yeni prezidenti sadəcə formal səlahiyyətlərə malik olacaq.

 






Fikirlər