QARABAĞDA yeni MÜHARİBƏ, Ermənistanın İŞĞALI və... - Rusiya SİYASƏTİNİ DƏYİŞİR
“Rusiya üçün təhlükəsizlik sahəsində problemlər, əvvəlki kimi, Erməntan üçün təhlükə təşkil edir. Ermənistan hakimiyyəti bu gün təhlükəsizlik sisteminin qəfil dəyişikliyinə hazır deyil və ya, ola bilər ki, təhlükəsizliyin başqa sistemləri buna hazır deyil”. Publika.az xəbər verir ki, bunu “Birinci İnformasiya” saytına müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ağasi Yenokyan deyib. Onun sözlərinə görə, Rusiya hazırda dilemma qarşısındadır: “Diplomatların kütləvi deportasiyası görünməmiş addımlardır və bu, Moskva barəsində sərt mövqeyin yeni strategiyasını göstərir. Əlbəttə, Rusiya Qərblə münasibətləri normallaşdırmaq istəyərdi, amma indi bütün Rusiyanın siyasi sistemi və ictimai rəyi qarşıdurmadadır və bütün bunların dəyişdirilməsi böyük səylər tələb edəcək. Ancaq daha çox ehtimal edilən budur ki, Moskva “mühasirəyə alınmış qala” variantında işləməyi sürdürəcək. Lakin bu variant çox təhlükəlidir, çünki bu halda özünün “xüsusi sivilizasiya missiyası”nın möhkəmləndirilməsi üçün Rusiyaya yeni addımlar lazım olacaq. Bu baxımdan, Qarabağda müharibə Rusiya təbliğatının işə salınması üçün yaxşı imkandır”. Ermənistana öz təhlükəsizliyini diversifikasiya etmək imkanına gəlincə, mütəxəssis bu barədə nikbin düşünmür. Onun sözlərinə görə, Rusiyanın Ermənistanın dövlət sisteminə təsirinin çox güclü lingləri var və mövcud siyasi sistem üçün ölkənin təhlükəsizlik məsələlərindən irəli gələn qərarları qəbul etməsi son dərəcə çətindir.
Ermənistanın Rusiyanın iştirak etdiyi Yaxın Şərq və Gürcüstanla qonşu olmasına diqqət çəkən Ağasi Yenokyan hesab edir ki, Rusiyanın təcridi fonunda Ermənistanın rolu artacaq. Ancaq mütəxəssis düşünür ki, Ermənistanın oynadığı rolun əhəmiyyəti “qamçı” və “pryanik” siyasətində ifadə ediləcək: “Bu rol “qamçı” siyasi - təzyiqin gücləndirilməsi, məsələn, Rusiyanın əlavə qoşunlarının cəlb edilməsi, həmçinin “pryanik”, məsələn, Rusiya KİV-ində Ermənistana yeni silahların verilməsi və ya erməni yönümlü təbliğatın yolu ilə ifadə ediləcək”. Mütəxəssis Gümrüdəki Rusiya hərbi bazasında hərbi polis bölməsinin yaradılmasına da toxunub. Onun sözlərinə görə, bu məsələdə Ermənistan hakimiyyəti təcili şərh verməlidir: “Məlum deyil ki, hərbi polis necə işləyəcək? Ermənistan vətəndaşları bu güclərə tabe olmağa məcburdurmu? Onlar baza ərazisində, yoxsa ondan kənarda işləyəcək? Əgər bazadan kənarda işləyəcəklərsə, onda ölkənin müstəqilliyinin təsis edilməsi aradan qaldırılacaq və Rusiya qoşunları işğal qoşunları funksiyalarını tamamilə öz üzərinə götürəcək”.