TÜRKİYƏ XIN: "İRAN NÜVƏ SAZİŞİ üzrə üzərinə götürdüyü ÖHDƏLİKLƏRİ icra edib"

ABŞ-ın İranla nüvə sazişindən çıxmasına dair birtərəfli qərarı həyəcan doğurur.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

Bəyanatda Türkiyənin İranla nüvə sövdələşməsinə nail olmaq üçün fəal səylər göstərdiyi qeyd olunub: “Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatları İranın saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini təsdiqləyir. Bütün fikir ayrılıqları, Birgə Hərtərəfli Tədbirlər Planına uyğun olaraq, diplomatik yolla həll olunmalıdır. Onun icrası davam etdirilməlidir”, - deyə sənəddə qeyd olunur.






Fikirlər