KOREYA LİDERLƏRİNİN yeni görüş tarixi elan olundu- 1 İYUN

Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çe İn növbəti görüşlərini iyunun 1 keçirəcəklər. Bu liderlər arasında üçüncü yüksək səviyyəli görüş olacaq.

Trend-in, Şimali Koreya Mərkəzi teleqraf agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə razılıq şənbə günü liderlər arasında ikitərəfli görüş zamanı əldə olundu. Hər iki tərəf 27 aprel bəyannaməsinin ən qısa zamanda həyata keçirilməsinə hazır olduqlarını bildirdilər.

Bundan başqa, Kim Çen In ABŞ-la sammitin keçirilməsi məsələsində qətiyyətli olduğunu bildirdi.






Fikirlər