NATO–nun SONU ÇATIB? – Blokun siyasi qərarlar almaq qabiliyyəti zəifləyib

779179

“Donald Trampın Brüsseldə, Böyük Britaniyada və həmçinin də Helsinkidə keçirdiyi görüşlərindən sonra NATO və Transatlantik nizamından ortada nə qalıb? Əgər bu hadisəyə çəhrayı eynəklə baxsaq,onda elə düşünmək olar ki, Qərbin ən mühüm strateji alyansında hər şey qaydasındadır. Bəlkə də bu alyans hətta daha da güclənib.Ancaq reallıqda isə,NATO təhlükədədir və indi bu alyansın taleyi Trampın məsuliyyətsiz əllərindədir”.

Bu fikirlər ABŞ-ın “Project Syndicate” nəşrində çap olunan məqalədə qeyd olunub. “AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir:

“Həm NATO sammiti ərəfəsində, həm də sammitin gedişində alyans ölkələrinin hərbi xərclərinin həcmi ilə bağlı xeyli sayda şikayətlər səslənirdi. 2024-cü ilədək NATO ölkələri öz müdafiə xərclərini Ümumi Daxili Məhsullarının 2 faizi qədər yüksəldəcəklər. Lakin görünür ki, Tramp bu addımın məhz indi atılmasını istəyir.
NATO-nun son sammitində Tramp qəflətən hərbi xərclərin yeni hədəf səviyyəsinin ÜDM-in 4 faizi qədər olmasına çağrış etdi. Bu hətta ABŞ-ın özünün müdafiə xərcindən də çoxdur.

Son onilliklər ərzində NATO-nun əsas diqqəti bu blokun başlıca funksiyası olan ərazi müdafiəsinə deyil, planetin müxtəlif yerlərindəki sülhyaratma əməliyyatlarına yönəlib. NATO–ya daxil olan Avropanın əksər ölkələri üçün alyansın bu cür əməliyyatlarından gələn divident, onların öz milli hərbi xərclərinin azaldılmasına bəraət qazandırıb.

nato-sammit

Lakin bu yanaşmalar 2014-cü ildə dəyişdi. Həmin vaxt Rusiya Krımı ilahaq edərək, Şərqi Ukrayna ərazisinə hibrid hərbi müdaxilə həyata keçirdi. O vaxtdan indiyədək NATO ölkələrinin müdafiə büdcələri ildə təxminən 4 faiz artmağa başladı. Bunun sayəsində hərbi xərclərlə əlaqədar qarşıya qoyulan hədəfə 2024-cü ildə çatılacaq.

NATO-nun kollektiv müdafiəsinin böyük yük payını ABŞ-ın öz çiyinlərində daşımasının ədalətsiz olması haqqında Trampın irəli sürdüyü iddia da hədsiz mübahisəlidir. Bütün NATO ölkələrinin birləşmiş hərbi büdcəsi ABŞ-ın hərbi büdcəsinn 72 faizi qədəridir. Amma ABŞ müdafiə xərclərinin dörddə üçünü Avropaya yox, başqa regionlara yönəlir. ABŞ hərbi büdcəsinin yarısı Sakit okean regionunda iştirakın dəstəklənməsinə xərclənir. Dörddə biri isə Yaxın Şərqdəki əməliyyatlara, həmçinin də strateji nüvə silahlarının idarə edilməsinə və müxtəlif sferalara sərf olunur.

Bundan başqa yada salmaq lazımdır ki, son br neçə ildir ki, ABŞ Avropadakı öz hərbi xərclərini əhəmiyyətli şəkildə artırıb. Ancaq kontinentdəki əsas Amerikan gücləri və obyektləri real olaraq Hindistandan tutmuş Cənubi Afrikaya uzanan geostrateji qövsə doğru hədəflənib. ABŞ Ramşteyn, Ferford, Rota, Viçensa və Siqonella bazaları sayəsində digər regionlara hərbi güc daşınması üçün artıq çoxdandır ki, Avrpadan tranzit məntəqə kimi istifadə edir. ABŞ-ın Böyük Brtaniya və Norveçdə yerləşdirilmiş öncədən xəbərdarlıq və izləmə obyektləri Avropanın yox, ABŞ ərazisinin qorunması məqsədi daşıyır.

191020161148314834427_2
Faktlar belədir: ABŞ milli müdafiə universitetinin hesablamasına görə, Avrpanın müdafiəyə xərclədiyi ümumi vəsaitin həcmi ABŞ-ın Avropanın təhlükəsiziyinə çəkdiyi xərcdən təxminən iki dəfə artıqdır. Bu isə Rusiyanın müdafiə büdcəsindən də iki dəfə çoxdur.
Düzdür, Amerikan komandanlığının Avrpadakı son dərəcə zəruri olan nəzarət və kəşfiyyat işlərini qeyd etməmək olmaz. Amma ən azından bunları daha böyük konteksdən dəyərləndirmək lazımdır. Bəli, Amerika ordusu bu yaxınlarda hərbi təlimlər üçün Avropada ağır briqadaların rotasiyasını həyata keçirib. Lakin daimi məskunlaşmaq baxımından yerləşdirilən ABŞ ordusu yalnız məhdud əməliyytlar üçün hazırlanıb.
Elə məhz buna görə də, NATO Avropadakı müdafiə potensialını təkmilləşdirməyə davam etməlidir. Ən azından Avropaya böyk hərbi güclər lazımdır. Bu güclər qoşunların kritik zonalara sürətlə daşınmasına hazır olmalıdır. Hazırda Almaniyada hazırlanan yeni mobil komandanlıq ilk addımdır.

avropa_ordusu-5_milyardliq
Ümumiyyətlə isə Rusiyanın NATO üzərndəki üstünlüyü resursların sayı ilə deyil, daha çox komandanlığın keyfiyyəti və nəzarəti ilə əlaqədardır.
Vahid bir ölkə kimi Rusiya ordusu Kremlin strateji direktivlərini yerinə yetirmək yolunda öz hərbi güclərini daha yaxşı inteqrasiya etdirir. Eyni zamanda da onları bir zonadan digər zonaya sürətli daşımaq qabiliyyətindədir. Bu mobillik özünü əyani şəkildə 2014-cü ildə Krımda və bundan bir il sonra isə Suriyada göstərdi.
NATO-nun da dərin inteqrasiya edilmiş komanda strukturu var. Ancaq əgər hərbi qüvvənin dislakasiya edilməsi və digər əməliyyatlar üçün siyasi qərar vaxtında verilməyəcəksə, onda bunun heç bir əhəmiyyəti qalmayacaq. İstənilən hərbi münaqişənin nəticəsi vahid iradə və qərarların yüksək səviyyədə verilməsinin sürətindən asılıdır.
Problem ondadır ki, NATO-nun hərbi potensialı həqiqətən də təkmilləşsə də, blokun siyasi qərarlar almaq qabiliyyəti zəifləyir. Təsəvvür edin ki, NATO ölkələri Rusiyanın onların ərazisində Krımdakı kimi hibrid hərbi əməliyyata başlaması barəsində siqnal verirlər. İndi isə təsəvvür edin ki, ABŞ kəşfiyyat xidmətləri Putinin təkzib etməsinə baxmayaraq, bunun reallıq olduğunu bildirirlər.

Nəhayət təsəvvür edin ki, Tramp bütün bunlara necə reaksiya verəcək.O, Putinə zəng vuraraq, nə baş verdiyini soruşacaqmı? Və Putin ABŞ istintaq orqanlarına nə baş verdiyinin anlaşılmasına kömək etmək məqsədəiylə daha bir ”inanılmaz təklif” verəcəkmi?

images (1)
Daha bir mühüm məqam: Tramp kollektiv müdafiə prinsipləri iə bağlı NATO nizamnaməsinin 5-ci maddəsini yada salacaqmı? Yoxsa, Tramp tərəddüd göstərərək, kəşfiyyatın verdiyi məlumatların düzgünlüyünü şübhə altına salacaq?
Həqiqətən də bütün bunların hamısı həyacanlı suallardır.Və indi bu suallar daimi olaraq Avropanın başı üzərindən asılı qalacaq.






Fikirlər