PKK-Əsəd arasındakı çirkli anlaşmanın arxasındakı ŞƏXS BƏLLİ OLDU

Suriyada layihə terror təşkilatı PYD/PKK ilə Əsəd rejimi rəsmilərinin paytaxt Dəməşqdə həyata keçirdiyi görüşdən sonra reaksiyası maraq doğuran Vaşinqton rəhbərliyinin, əslində bu prosesin əsas ünsürü olduğu ortaya çıxıb.

ABŞ prezidentinin İŞİD-lə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurkün, görüş öncəsi bölgəyə səfər edərək PYD-li terrorçularla Əsədlə bazarlıq ediləcək məsələləri müzakirə etdiyi müəyyən olunub.

 AĞ EVDƏN RAZILIQ
 “Şarkul Avsat”-a məlumat verən Ərəb mənbələr, terror təşkilatının işğal altındakı bölgədə reallaşan iclasda Makgurkün PYD-yə, “Əsəd rejimi ilə müzakirəyə qarşı deyilik” deyərək prosesi Ağ Evin də təsdiq etdiyi mesajını çatdırdığını qeyd edib. Mənbələr, ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründən bəri PYD-yə silah dəstəyi verilməsi üçün çalışan Makgurkün terrorçulardan Şamdakı görüşdə təşkilatın işğalındakı ərazilərə konstitusion muxtariyyət verilməsi üçün israr etməsini tələb etdiyini qeyd edib. Vaşinqton ilə Ankara arasındakı Münbiç danışıqlarından öncə Türkiyə, PKK/YPG-li terrorçulara birmənalı şəkildə dəstək verən Makgurkün vəzifədən alınmasını istəmişdi.
 MƏRKƏZSİZ SURİYA
 Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin bir araya gəldiyi Helsinki Zirvə görüşündən sonra təşkil olunan PYD-Əsəd görüşünün təfərrüatları da məlum olub. PYD/PKK-nın örtük təşkilatı olan Suriya Demokratik Qüvvələrinin (SDG) siyasi qanadı Demokratik Suriya Məclisi, (DSM) rejimlə "mərkəzsiz Suriya” hədəfiylə masaya oturduqlarını və bazarlığın davam edəcəyini bildirib. DSM-nin yazılı açıqlamasında danışıqların inkişaf etdirilməsi və Suriyada müharibənin sona çatması üçün komissiyaların yaradılması qərarı alındığı qeyd olunub.
 REJİMƏ TƏSLİM EDƏCƏYİK
 Şamdakı Əsəd-PYD/PKK görüşməsinə dair Əl Cezire-yə DSM rəsmilərinin verdiyi açıqlamaya görə, rejimə işğal olunmuş torpaqların qaytara biləcəkləri bildirilib. Fərat çayının şərqində PYD işğalındakı rayonların Əsədə təslim ediləcəyini, lakin nəzarətin yenə də onlarda olacağını vurğulayan DSM rəsmiləri, konstitusiyada ediləcək dəyişikliklərlə problemin həll edilə biləcəyini bildirib.
 






Fikirlər