Tramp, Putin və Əsəddən Ərdoğana qarşı GİZLİ PLAN - İlk ADDIM ATILDI...
ABŞ-ın dəstəyi ilə PYD/YPG terrorçularından yaradılan Suriya Demokratik Qüvvələri (SDQ) Şama gələrək Əsəd rejimi ilə eyni masaya oturdu. Məlumatlara görə, PKK-nın Suriya qolu olan terrorçular Əsəddən muxtariyyət istəyiblər. Hədəf Türkiyənin nəzarətindəki İdlibdir.
Publika.az xəbər verir ki, müzakirələrdə PYD\YPG silahı buraxmaq qarşılığında Əsəd rejimindən Fəratın şərqində ya muxtariyyət, ya da məhdud federasiyanın qurulmasını tələb ediblər. Muxtariyyət, yaxud federasiya qurulsa da, ictimai qurumlarda Suriya bayrağının dalğalanması, bölgədəki bütün yeraltı sərvətlərin Əsəd rejiminin nəzarətində olması, bölgədəki xarici güclərin çıxması, SDQ-nin nəzarətindəki Rakkanın Əsədə qaytarılması məsələləri müzakirə olunub.
Məlumata görə, Əsədlə PYD/YPG arasındakı görüşü həm ABŞ, həm də Rusiya dəstəkləyir.
ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk Şamdakı müzakirələrdən öncə SDQ heyəti ilə görüşüb. Bu görüşün ardınca SDQ-dəki mənbələr McGurkun onları Əsəd rejimi ilə eyni masaya əyləşməyə təşviq etdiyini bildiriblər.
Diplomatik mənbələr Əsədlə SDQ-nin razılaşmasının ilkin nəticəsinin İdlibdə ortaya çıxacağını deyirlər. Məlumatlar var ki, Əsəd rejimi türk əsgərinin olduğu İdlibi almaq üçün hərbi qüvvə toplayır. PYD/YPG liderlərindən Salih Müslim Əsəd rejiminin İdlibə hücumuna onların da dəstək verə biləcəklərini açıqlayıb.