Trampın Türkiyəyə atdığı DAŞ DOMİNA effekti yaratdı

Türkiyə lirəsinin dəyərdən düşməsi Avropa Birliyi ölkələrinin iqtisadiyyatında da mənfi təsir yaradacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyali iqtisadçı Valeri Vaysberq çıxış edib.

"ABŞ-ın Türkiyədən polad və alüminium məhsulları idxalına əlavə vergi tətbiqi Türkiyənin onsuz da zəif olan valyutasını çətin duruma saldı. Bu, milli pul vahidi üçün çox həssas və təhlükəli bir şərait yaratdı, çünki Türkiyənin beynəlxalq ehtiyatları olduqca aşağı səviyyədədir. Bütün bu amillər dövlət və özəl sektorun xarici öhdəliklərinin əhəmiyyətli dərəcədə artmasına yol açdı. Trampın qərarı isə stəkanı dolduran və domino effekti yaradan son damcı idi", - Vaysberq vurğulayıb.






Fikirlər