Trampa İncirlik XƏBƏRDARLIĞI: "Nüvə bombalarını unutma!"
"Vaşinqton Post"un yazarı Brian Klaas Türkiyədən ABŞ-a ixrac edilən polad və alüminium üçün gömrük rüsumlarını qaldıran prezident Donald Trampa İncirlik bazasında 50 nüvə bombasının olduğunu xatırladıb. AzerTaym.az xəbər verir ki, yazar İncirlikdəki ağır silahları xatırladaraq Trampa "Riskli işlər görürsən" xəbərdarlığını edib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ötən gün yazdığı tvit Türkiyə maliyyə birjasını alt-üst edib. Tramp Tvitter hesabında bildirib ki, türk lirəsi dollar qarşısında sürətlə düşür: "Aliminium üçün gömrük rüsumunun 20 faiz, polad üçün isə rüsumun iki dəfə artmasına dair qərar verdim. Türkiyə ilə münasibətlərimiz bu ərəfədə yaxşı deyil". Trampın qərarı ABŞ-da da narazılıq doğurub. "Vaşinqton Post"un yazarı Brian Klaas Tvitter hesabında bildirib ki, Ərdoğanın heyranı deyil, amma Trampın etdikləri ölçü-biçisiz addımlardır: "Türkiyə NATO ölkəsidir. NATO-nun İncirlik bazasında 50 nüvə bombası var. Trampın tvitleri ölkə və ölkələrarası təhlükəsizliyə risklər yaratmaqda davam edir"