NAZİRDƏN ŞOK: "Türkiyədə çevrilişə cəhd edirlər" – Ərdoğan araşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dövlət çevrilişinə cəhd ehtimallarını araşdırırıq. AzerTaym.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyənin rabitə naziri Fəxrəddin Altun deyib. Nazir son həftələrdə ölkədə başlayan iqtisadi böhranın çevrilişə cəhd olduğunu iddia edib: "Türkiyə cəmiyyəti və prezidentimizin liderliyi ilə iqtisadi çevrilişə cəhd səylərini araşdırırıq. Bu gərgin dönəmdə hamı əl-ələ verib".