"Davudoğlunun dövlət çevrilişinə cəhddən xəbəri olub" -ŞOK
Türkiyənin sabiq baş nazir Əhməd Davudoğlu dövlət çevrilişinə cəhd olacağı barədə əvvəlcədən xəbərdar olub.
Aznews.az Türkiyə KİV-ə istinadən bildirir ki, bu barədə Baş Qərargahın rəisi Hulisi Akarın sabiq müşaviri polkovnik Orxan Yıkılkan istintaq zamanı açıqlama verib.
Yıkılkan bildirib ki, 2015-ci ilin noyabr ayında kəşfiyyat mənbələri Baş Qərargaha, xüsusilə, onun özünə ölkədə hərbi çevrilişə hazırlıqlar getdiyinə dair xəbər verib.
Yıkılkan bildirib ki, bu məlumatı Davudoğluna o özü şəxsən çatdırıb.