KLİNTONLA YELTSİNİN MƏXFİ danışıqları açıqlandı: PUTİN necə RUSİYA prezidentinin varisi oldu? – GİZLİ SƏNƏD
ABŞ-ın sabiq prezidenti Bill Klintonun kitabxanasının saytında Rusiyanın sabiq prezidenti Boris Yeltsinlə görüşlərinin stenoqramı çap olunub. Həmin stenoqramda 19 noyabr 1999-cu ildə Klintonla Yeltsin arasındakı danışıqlar öz əksini tapıb. Avropa.info xəbər verir ki, həmin stenoqramda Boris Yeltsinin Klintonla Putinin Rusiyanın gələcək prezident olması məsələsi qeyd olunub. Stenoqram yazısında qeyd olunub ki, Boris Yeltsin Klintonla danışıqda Rusiyanın növbəti prezidentinin Vladimir Putinin olacağını və onun demokrat olduğunu qeyd edib. O, eyni zamanda, Putinin onun demokratiya istiqamətində götürdüyü kursu davam etdirəcəyini və Rusiyada demokratik dəyərləri möhkəmləndirəcəyi bildirib. Yeltsin Putinin ABŞ-ın ən yaxın tərəfdaşı olacağını Klintona inandırmağa çalışıb. Stenoqramda Klinton 2000-ci ildə Rusiyada keçrilən prezident seçkilərində kimin qalib gələcəyini soruşur. “Təbii ki, Putin”- vurğulayan Yeltsini fikrini davam etdirir: “O mənim varisim olacaq. O, demokratdır və Qərbi yaxşı tanıyır”. Klinton isə cavabında Putinin ağıllı olduğunu qeyd edir: “O, çox ağıllıdır”. Yeltsin buna cavab olaraq, fikrini davam etdirərək, Putini amerikalı həmkarına reklam etməyə çalışır: “Lakin o, çox sərtdir. Onun daxili prosesi tənzimləmə qabliyyəti var. Əlbəttə, mən əlimdən gələni edəcəyəm ki, o, qanuni əsaslarla qalib gəlsin. Və o da qalib gələcək. Siz onunla birlikdə biznes quracaqsınız. O mənim müəyyən etdiyim demokratiya və iqtisadi sahəsində siyasəti davam etdirəcək və Rusiyanın əlaqələrini genişləndirəcək. Onun uğurlara nail olmaq üçün enerjisi və ağılı var”. Stenoqramda, eyni zamanda, Klintonla Yeltsin ondan öncə sentyabrın 8-də Putin məsələsini müzakirə etdikləri qeyd olunub. Yeltsin o zaman Putini öz varisi seçdiyini bəyan edir. Yeltsin Klintona deyir ki, onu araşdırıb və onun necə etibarlı, məsuliyyətli adam olduğunu müəyyən edib: “Bununla belə, onun geniş dünya görüşünə malik, güclü və çox ünsiyyətcil bir insandır. O, tərəfdaşları ilə çox rahat münasibətlər və əlaqələr qura bilir. Əminəm ki, siz onu yüksək səviyyəli tərəfdaş qəbul edəcəksiniz. Bilirəm ki, 2000-ci ildə onu namizəd kimi dəstəkləyəcəyik. Biz bunun üzərində işləyirik”. Yeltsin hələ 9 avqust 1999-cu ildə Vladimir Putinin həmin ilin sonunda ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini dəstəkləyəcəyini bildirib.