İlham Əliyevdən dini icmalarla bağlı MÜHÜM SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılsın. Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin. AzerTaym.az