Con Boltonun üç Cənubi Qafqaz ölkəsinə səfəri İrana qarşı yönəlib - Ekspert
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun üç Cənubi Qafqaz ölkəsinə səfəri İran problemi ilə bağlı olub.
"AzerTaym.az" Reyting.az-a istinadla bildirir ki, bunu Rusiyanın siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixin bəyan edib.
Onun fikrincə, ancaq Bakı və Yerevan Qarabağ probleminə və daxili siyasi vəziyyətə görə Tehranla münasibətlərin pisləşməsində maraqlı deyillər.
Ekspertin sözlərinə görə, İran güman ki, Boltonun regiona səfərinə sevinib, çünki yüksək rütbəli amerikalı məmur, əslində, Tehrana qarşı sanksiyaların gələcəkdə gücləndirilməsi üçün nəbzi yoxlayırdı.
“Bununla belə, regiondakı onsuz da mürəkkəb vəziyyətdə sabitliyin pozulması heç kimə fayda gətirməyəcək: nə Ermənistana, nə Azərbaycana, nə İrana, nə də Rusiyaya”, - Xramçixin vurğulayıb.
O qeyd edib ki, əgər Bakı və Yeravan onlardan Tehrana qarşı oyunda “peşka” kimi istifadəyə imkan versələr, sonuncu buna çox sərt reaksiya verə bilər.
Ekspertin fikrincə, Kreml Tehranla münasibətinin Azərbaycanın, yaxud Ermənistanın naminə pozulmasını yəqin ki istəmir.
“Əgər onlar bu məsələdə amerikalıları dəstəkləyərsə, Rusiya yəqin ki, onlara havadarlıq etməyəcək. Əksinə də ola bilər. Əgər İran regionda Amerika siyasətinin tərəfdarları və daşıyıcılarını cəzalandıracaqsa, o buna görə sevinəcək. Belə ki, bu növbəti əyani nümayiş olacaq ki, ABŞ yalnız ö mənafelərini qoruyur və kimə görəsə heç də müharibə etmək niyyətində deyil”, - ekspert bildirib.
Xatırladaq ki, ABŞ prezidentinin millin təhlükəsizlik üzrə müşaviri Con Bolton üç Cənubi Qafqaz respublikasına ötən həftə səfər edib.