Amerika anti-İran koalisiyası qura bilmədi - Boltondan səfərsonrası AÇIQLAMALAR

ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

Rusiya mediası ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycandan niyə “əliboş” qayıtdığını açıqladı: “Bakı Qərbin rəğbətini qazanmaq üçün boyun əymir, özü üçün sərfəli, çoxyönlü siyasət yürüdür”; ABŞ İrana qarşı sərt mövqedə olsa da, regiondakı vəziyyəti doğru qiymətləndirir...

ABŞ administrasiyası istəyir ki, İranın xam neftinin ixracına qarşı sanksiyalar Tehranı zəiflətsin, ancaq o, öz müttəfiqlərinə ziyan vurmaq istəmir. “Turan”ın Vaşinqton müxbirinin məlumatına görə, bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

“Məqsədimiz İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdir. Başa düşürük ki, İrana bitişik olan bəzi ölkələr, bu yaxınlarda onlara səfər etdim və həmin nefti alan digər ölkələr bundan dərhal imtina edə bilməzlər”, - Bolton Hamilton Mərkəzində xarici siyasət məsələləri üzrə müzakirələrdə bildirib.

“Biz çalışırıq ki, maksimum təzyiq göstərək, ancaq öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik”, - Bolton vurğulayıb.

Boltonun ilk səfər etdiyi Rusiyanın İranla bağlı mövqeyi bəllidir, Tehran elə həm də Qərbin “çarpaz sanksiya atəşi altında” olduğu  Kremlin indi ən sadiq tərəfdaşlarından birinə çevrilib. Aydındır ki, Bolton “öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik” dedikdə Rusiyanı nəzərdə tutmur. Əksinə, bu sırada Rusiyanı əks tərəfdə görür. Burada  söhbət üç Cənubi Qafqaz respublikasından gedir.

Bolton Bakıda ile ilgili görsel sonucu

Bu üç ölkədən Gürcüstanın İranla sərhədi yoxdur, üstəlik, ABŞ-la münasibətləri daha dərin və çoxtərəflidir.  

Rosbalt.ru saytı  Boltonun səfərinə dair geniş məqaləsində də iddia edir ki, Tiflisdə “İran problematkası”ndan yan keçiblər. “Gürcüstan-İran arasında mal dövriyyəsi çoxalır. Energetiklər əməkdaşlıq edirlər, logistika işləyir. Gürcüstanın indiki hökumətinin bütün bunları dəyişilməz halda saxlaması gərəkir” - deyə, müəllif bildirir. Azərbaycana gəldikdə isə saytın bu mövzuda maraqlı şərhi var. “Azərbaycan amerikalılar üçün bölgədə ən ”çətin" respublikadır: o, Qərbə bircə buna görə rəğbətini qazanmaq üçün boyun əymir ki, o yan-bu yana atılıb-düşmədən özü üçün sərfəli, çoxyönlü siyasət yürütsün. Boltonun Bakıda məhz nəyi müzakirə etdiyi haqda məlumat son dərəcə cüzidir. Prezident Administrasiyası rəsmisinin  Əliyevin Boltonla görüşdə “Azərbaycanın qonşu ölkələrlə işgüzar və dostluq münasibətlərində olduğu, ...dövlətlərarası münasibətdə beynəlxalq hüququn yüksək prinsiplərini rəhbər tutduğu” açıqlamasını saymasaq. Çətin ki, Azərbaycan anti-İran və anti-Rusiya fəaliyyəti üçün əməliyyat meydanı olmağa razılaşar. ABŞ-ın hərbi-siyasi “aclığı” nəzərə alınsa, bütünlükdə bölgəsəl təhlükəsizliyi kökündən sarsıdacaq və son nəticədə Bakının özünə qarşı dönəcək" - deyə, məqalədə vurğulanır. 

İran Amerika ile ilgili görsel sonucu

Məqalədən belə anlaşılır ki, Boltonun səfərində  çıxılmaz  durumda qalan Ermənistan olub. Çünki bu ölkənin həm Rusiya, həm İranla bağlılığı (daha doğrusu asılılığı) daha dərindir.  “Bolton İran sərhədinin Ermənistan-Amerika münasibətlərində ”mühüm məsələ" olaraq qaldığını bildirərək əlini havada elə-belə əsdirmirdi, çünki Vaşinqton Tehrana “ən  yüksək basqı” göstərmək istəyir. Birincisi, Ermənistan İranla azad ticarət zonası yaradan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla bu məsələdə ABŞ-a dəstəyi necə təsəvvür edir?" 

Boiltonun regiona səfərinin yekunu olaraq “Biz çalışırıq ki, maksimum təzyiq göstərək” deyərkən ABŞ rəsmisinin konkret hansı təzyiq rıçaqlarını nəzərdə tutduğunu (əgər söhbət təkcə İrandan getmirsə) söyləmək çətindir. Konkretləşdirsək, məsələn, Ermənistan hazırda təzyiqlərə nəinki həssas, hətta açıq ölkədir, Qərblə Rusiya arasında vurnuxmaları başlayandan isə ümumiyyətlə, başını daha ciddi dərdə soxub. Bolton Ermənistana səfərində də bəyan edib ki, bu ölkənin gələcək inkişafı Qarabağ məsələsində tutacağı konstruktiv mövqedən asılı olacaq. Belə görünür ki, həm Rusiyanın forpostu, həm İranın müttəfiqi, Amerikanın isə dostu olmaq kimi bir siyasi təlatümə özünü soxan Ermənistan rəhbərliyi bundan sonra daha ciddi təzyiqlərlə üzləşəcək.

kreml ile ilgili görsel sonucu

Bu sırada isə təkcə Kreml, Tehran  deyil, həm də Amerika  olacaq. Rusiya ilə münasibətlərdə ehtiyatlı davranan Gürcüstanı “İranın ağzına” atmaq əlbəttə ki, ABŞ-ın indilikdə maraqlarında deyil.   İrana qarşı sanksiyalara Gürcüstanın dəstəyini qazanmaq üçün Qərbin ən yaxın müttəfiqi olan Mixail Saakaşvilinin Tiflisə qayıtması əsas şərtlərdən biridir. Yalnız bundan sonra bu barədə düşünmək olar. Azərbaycana gəldikdə isə Boltonun Bakıdakı görüşlərdən sonra çox ehtiyatlı bəyanatları, Azərbaycanı strateji tərəfdaş adlandırması  da sübut edir ki, Amerika ölkəmizə xüsusi önəm verir.  İran məsələsində də özünün arqumentlərinə deyil, rəsmi Bakının mövqeyinə üstünlük verir və bununla razılaşır da... Boltonun regiona səfərinin yekunları ilə bağlı qısa da olsa verdiyi açıqlama bir daha onu göstərir ki, ABŞ İrana qarşı sərt mövqedə olsa da, yaranmış vəziyyəti də doğru qiymətləndirir.

 Xatırladaq ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları gələn həftə qüvvəyə minəcək.  (musavat.com)

 






Fikirlər