ABŞ qadağan olunmuş raketləri Avropaya yerləşdirir? - VAŞİNQTONDAN İZAHAT...

ABŞ qadağan olunmuş raketləri Avropaya yerləşdirir? – Vaşinqtondan izahat

Vaşinqton Avropada qadağan olunmuş raketlər yerləşdirilməsinə dair iddialara reaksiya verib.

Yenicag.ru-nun məlumatına görə, bu məsələyə münasibət bildirən ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Vaşinqtonun hələ ki belə bir niyyət və hazırlığının olmadığını deyib.

Bolton qeyd edib ki, orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilə əsasında qadağan olunmuş raketlərin Avropada yerləşdirilməsi üçün NATO üzrə müttəfiqlərlə məsləhətləşmələr aparılır:
“Bu, ABŞ və NATO üçün qlobal strategiya məsələsidir. Biz hazırda həmin raketlərin Avropada yerləşdirilməsi üçün müttəfiqlərimizlə sıx məsləhətləşmələr aparırıq, ümumi məxrəcə gələcəyimizə dair çox nikbin ovqatdayıq”.

Bolton onu da əlavə edib ki, orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilə artıq “köhnəlib”:

“Həmin müqavilənin cəmi iki iştirakçısı var və onlardan biri – Rusiya sazişin tələblərini pozur. Bu isə o deməkdir ki, qeyd olunan müqaviləyə sadəcə, bir ölkə sadiqdir”.






Fikirlər