Steynar Gil: "Rauf Arifoğlundan xahiş etdim ki, İlham Əliyevi yumşaq tənqid etsin"

Steynar Gil: "Rauf Arifoğlundan xahiş etdim ki, İlham Əliyevi yumşaq tənqid etsin""Hörmətli Rauf, sizin mənə məktubunuzu oxudum və mövqeyinizi belə açıq şəkildə izah etdiyinizə görə sizə hörmət edirəm.
Ünvanıma xoş sözlərinizə görə də təşəkkür edirəm. Sizinlə razıyam ki, Azərbaycanda vəziyyət dəyişib, amma o mənada ki, demokratiya və azadlıqlar azalıb, siyasi məhbusların, o cümlədən həbs edilmiş jurnalistlərin sayı artıb".


"Turan" bildirir ki, bu sözlər Nörveçin Azərbaycandakı sabiq səfiri Steynar Gilin "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ona yazdığı məktuba cavabındandır.

Cavab məktubunda daha sonra deyilir: "Yadımdadır, 2003-cü ildə mənim iqamətgahımda siz İlham Əliyev haqqında çox kəskin məqalə yazmışdınız, o dərəcədə kəskin ki, mən sizdən onu yumşaltmağı, yəni fikrinizi bir qədər yumşaq formada ifadə etməyi xahiş etdim.

İndi isə siz İlham Əliyevdən medal qəbul etdiniz. Məncə, İlham Əliyev dəyişməyib...".






Fikirlər