Arifoğlu Arif Hacılını darmadağın etdi
Arif Hacılının potensialına və qabiliyyətinə yaxşı bələdəm. Onunla ən yaxın adamları belə yol gedə bilməzlər. Arif lider deyil, funksionerdi, güclü adamları sevmir, mübahisə və müzakirələri xoşlamır, tabeçiliyi sevir, monoloqu xoşlayır… Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyevə geniş müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı haqda sualı cavablandırarkən deyib. “Arif Hacılı ilə 6 ay 17 gün bir kamerada qalmışıq. Çətində, rahatda hansı reaksiyalar verdiyini, kapasitesini, qəlbinin tutumunu hər gün müşahidə etmək imkanım olub. Tualeti də içində olan, yeddi kvadrat metrlik bir kamera təsəvvür edin, 6 ay 17 gün 24 saat bərabər olan insanlar orada – Pənah Hüseyn, Arif Hacılı və mən… Yeddi kvadratlıq kamerada maskalanmaq olmur, artistlik mümkün deyil, olsa da bir yerə qədər; hər kəsin mahiyyəti çıxır içindən. Hər kəsin dəyanəti, gücü, imkanları… Yəni adama ən doğmalarından da çox bələd idim, belə birisini Müsavata gətirmək onu batırmaq demək idi. Təəssüf ki, belə də oldu…”