Müsavatın mitinqinə icazə VERİLDİ
Müsavat partiyasının noyabrın 10-da mitinq keçirmək üçün müraciətinə cavab verilib. "AzerTaym.az" bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti bu gün cavab məktubunu partiya funksioneri Elman Quliyevə təqdim edib. BŞİH Müsavata mitinqi noyabrın 10-u saat 15-17 arasında 5 min nəfərin iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib. Qeyd edək ki, Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev BŞİH-yə müraciət edərək üç yerdən birində, Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər.