Arif Hacılı və Əli Kərimli ABŞ Konqresinin rəsmisi ilə görüşüblər
Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli bu gün Bakıda səfərdə olan ABŞ Konqresinin Helsinki Komissiyasının baş siyasi müşaviri Everett Priclə görüşüb. Görüşdə Dövlət Departamentinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin təmsilçiləri də iştirak edib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, ölkədə sərbəst toplaşma azadlığı ilə bağlı məsələlər müzakirə olunub.