YAP-ın sirr kimi saxladığı namizədlər siyahısı - Son AÇIQLAMA

Bu gün 3 siyasi partiya 2020-ci ilin fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərarlarını verib və seçkilərə qatılacağını bəyan ediblər.

Əsas maraq doğuran məsələ isə siyasi arenada xüsus diqqət çəkən Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərlə bağlı siyahısıdır.

Hakim partiyanın siyahısında kimlər təqdim olunacaq və cəmiyyətə nə zaman açıqlanacağı hər kəs üçün maraqlıdır.

“AzerTaym.az" bildirir ki, cəmiyyəti maraqlandıran sualın cavabını öyrənmək üçün Modern.az saytının əməkdaşı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla əlaqə saxlayıb. YAP rəsmisi Siyavuş Novruzov bildirib ki, partiyanın siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq və mətbuat bununla o zaman tanış olacaq.

YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, seçkilərin vaxtı yeni yeni başlayıb:

“Seçki Məcəlləsinin müəyyən etdiyi vaxt təzə başlayıb. Zamanında siyahı elan olunacaq”.

Qeyd edək ki, YAP-dakı mənbələrdən sayta bildirilib ki, 2 gün ərzində partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanacaq.






Fikirlər