Fazil Mustafa - Bəxtiyar Hacıyev davası pik həddə — VİDEO
Deputat ona qarşı hücumların arxasında Əli Kərimlinin dayandığını deyir; Bəxtiyar Hacıyev isə fərqli arqumentlərlə danışır. Deputat Fazil Mustafa ilə ictimai fəal Bəxtiyar Hacıyev arasında yarım aydan çoxdur ki, davam edən qarşıdurma pik həddə çatıb. İyunun 7-də Yasamalda vətəndaşlarla polislər arasında yaşanan insidentdən sonra tərəflər arasında yaranan qalmaqal əndazəni aşıb. Hər iki tərəf bir-birinin ünvanına ən ağır söyüşlər işlədir. İş o yerə çatıb ki, F.Mustafa B.Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Bunun əsasında ictimai fəal Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq dindirilib.