Oqtay Gülalıyevin son durumu ilə bağlı YENİ XƏBƏR

Oqtay Gülalıyevin son durumu haqqında həyat yoldaşı açıqladı ...

"Bu gün atam Oqtay Gülalıyev baş nahiyyəsindən növbəti dəfə əməliyyat olunur. Belə ki, ilk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq".

"AzerTaym.az" bildirir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib.
T.Gülalıyev xatırladıb ki, artıq 3-cü əməliyyatdır və məlum qəzadan 8 ay keçməsinə baxmayaraq hələ də atasının bu durumda olmasına səbəb olanlar cinayət məsuliyyətinə cəlb olunmayıblar:
"İstintaq işini aparan müstəntiqi işdən çıxarıblar. Həmçinin vəkil Fuad Ağayevin "City hospital"da atamın əməliyyatının gecikdirilməsi ilə bağlı verdiyi vəsadətnamələri qəbul etməyiblər. Məhkəmə prosesini bilərəkdən uzadırlar.
Dəstək olan hər kəsə ailəmiz adından təşəkkür edirəm!".
Qeyd edək ki, ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.






Fikirlər