Şəhid haqqında çəkilən filmə televiziyalarımız qapılarını bağladı ı - Afət Telmanqızı

Tanınmış jurnalist Afət Telmanqızının şəhid Mühid Orucovla bağlı hazırladığı filmi televiziyalar yayımlamaqdan imtina ediblər.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə jurnalist özünün feyzbuk sosilal şəbəkəsində hesabından paylaşım edib.

O bununla bağlı bir neçə televiziyaya müraciət etdiyini, ancaq heç bir nəticə  əldə edə bilmədiyini yazıb: "Aprel şəhidi, kapitan Mühüd Orucov. Sağlığında Ali baş komandan tərəfindən qiymətləndirilən, Türkiyə prezidenti tərəfindən mükafatlandırılan, vətənə 2 əsgər bəxş edən Şəhidin iyulun 13-ü ad günüdür. Şəhidlə bağlı hazırladığım filmin Nizami kino mərkəzdə planlaşdırılan təqdimatı karantin səbəbindən baş tutmadı. Filmin nümayiş etdirilməsi üçün bir neçə TV-yə olunan müraciətlər isə nəticəsiz oldu. Yazıqlar olsun ki, Vətən yolunda canını qurban vermiş, bu gün Xəzər TV və digər TV rəhbərlərinin rahat torpaq üzərində gəzməsinin səbəbkarı olan Şəhidə qapı bağladılar. TV rəhbərləri siz ömrünüzün sonuna kimi şəhidlərə borclusunuz. İşiniz müharibə şəraitində olan ölkənin şəhidlərini, hərbi vətənpərvərlik ruhunu təbliğ etmək olmalıdır. Manısları ora çıxarıb, pul qazanmaq yox. Siz hardan biləsiniz şəhidlik zirvəsi nə deməkdir? Heç olmasa sizin yolunuzda canını qurban verənlərin ruhuna hörmətiniz olsun. Yazıqlar olsun! Bu cür düşüncə ilə torpaqlar azad olunacaq? Bu cür maarifləndirmə ilə?:Bu cür şəhidinə biganəlik, hörmətsizliklə? Ayıb olsun!"






Fikirlər