Pənah Hüseyn təkzib etdi: "Qızım seçkilərdə..." - YENİLƏNİB

 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Günay Hüseynin deputatlığa namizəd olması haqqında xəbər yayılıb. 

Xəbərdə qeyd olunub ki, Günay Hüseyn 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı musavat.com-a açıqlama verən Pənah Hüseyn yayılan xəbəri təkzib edib:
"Günay Hüseynin "Azadlıq 2015" Bloku tərəfindən namizədliyi irəli sürülmüşdü. Amma o parlament seçkilərində iştirak etməkdən imtina etdi. Qızım hazırda seçkilərdə iştirak etmir".

 

 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Günay Hüseyn 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə həmin seçki dairəsindən məlumat verilib.

Qeyd edək ki, Pənah Hüseyn özü namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

Milli.Az






Fikirlər