Aslan İsmayılov: "Ermənilərin anaları ağlamasa bizim analarımız ağlayacaq"
"Təbiət etibarı ilə qarışqanı da əzmək istəməmişəm. Ancaq bu gün əsasən xaricdə, özü də Rusiyada yaşayan bəzi həmvətənlərimin həddindən artıq insanpərvər olmalarını, sülhə çağırışlarını başa düşə bilmirəm". "AzerTaym.az" bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. "Biz müharibə yox, işğal olunmuş torpaqlarımızın azad olunmasını istəyirik və israrla tələb edirik! Bunun üçün isə kifayət qədər səbr etmişik, artıq bəsdir! Hamılıqla Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etməliyik! Bundan başqa hər dəfə də bizim insanpərvərliyimizdən istifadə edən tam azğınlaşmış ermənilər artıq Dağlıq Qarabağa, ondan əlavə işğal edilmiş 7 rayonumuza heç bir aidiyyatı olmayan Tovuz rayonuna hücum çəkirlər və burada bir neçə məqsəd güdürlər: - Ölkə daxilindəki gərginliyi xaricə yönləndirmək; - Nəyin bahasına olursa olsun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (Rusiyanın hərbi birliyi) qoşunlarını, yəni Rusiyanı bu konfliktə çəkmək; - Öz ağaları ilə birlikdə Azərbaycanı Qərblə birləşdirən qaz, neft kəmərlərini, avtomobil, dəmir yollarını bağlamaq və bununla ölkəmizin Avropa Birliyi ilə strateji yaxınlaşmasını durdurmaq (3 ay sonra Avropaya qaz idxalı planlaşdırılıb). Azərbaycan hakimiyyəti dəfələrlə, 27 il durmadan bəyan edib ki, biz müharibə istəmirik, ancaq torpaqlarımızı da heç kimə verməyəcəyik, Dağlıq Qarabağda yaşayan ermənilərə isə dünyada mövcud olan ən yüksək muxtariyyət verməyə hazırıq. Sonda bir daha aşırı insanpərvərlərə bildirirəm ki, bu hadisələrdə ermənilərin anaları ağlamasa bizim analarımız ağlayacaq! Ermənilərin məşhur simaları bizdən fərqli olaraq sülh dilində deyil, təhdid dilində danışırlar, çünki 30 illik cəzasızlıqdan tam arxayınlaşıblar. Onsuz da illərdir insanpərvərliyimizdən sui-istifadə edib torpaqlarımızı zəbt edib sərvətlərini talayırlar, yüz minlərlə insanlarını qaçqın ediblər. İndi isə daha da azğınlaşıb yeni torpaqlar iddiasındadırlar. Düşmən əgər anasının ağlamasını istəmirsə torpaqlarımızdan çəkilsin, yerini bilsin!" - A.İsmayılov qeyd edib.