“Ermənilərin törətdikləri vəhşilikdə Azərbaycan hakimiyyətini günahlandırmaq SATQINLIQDIR”
"Bu gün xarici ölkələrdə həmvətənlərimizə qarşı ermənilərin törətdikləri vəhşilikdə erməniləri yox, Azərbaycan hakimiyyətini günahlandırmaq satqınlıqdır". “AzerTaym.az" bildirir ki, bu sözləri tanınmış vəkil, hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov, həmin şəxslərə səslənərək, öz əməllərindən əl çəkməyə çağırıb: "Heç kim bizləri müxalifətçiliklə satqınlığı ayıra bilməyəcək dərəcədə sadəlövh saymasın. Hakimiyyəti hərisliyi gözlərini qapatmışlara tövsiyə edirəm ki, belə əməllərindən əl çəksinlər".