Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi Maarifçilik Hərəkatı təsis edildi. MHB-nin təsis bəyanatını təqdim edirik:
“Artıq yüz ildən çoxdur ki, Güneyli-Quzeyli Bütöv Azərbaycanda milli və insani haqlar uğrunda mübarizə gedir. Bu sürə boyunca xalqımız dəfələrlə ayağa qalxmış və öz milli iradəsini ortaya qoymuşdur. 1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir.
Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi iç və dış əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün sorunumuz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və yönətimdəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi gəlişmənin yoxluğu vb. problemlər qarşımızı kəsən əsas əngəllərdir.
Azərbaycanda gerçək bir vətəndaş fəallığının yayılıb ümummilli bir iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi sorunlarımız içində özəl bir yer tutur. İnanırıq ki, dövlət-millət bütünləşməsi Millətimizin xoşbəxtliyi, Dövlətimizin qüdrəti, Vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir. Bu zərurətin dərindən dərk edilməsi isə xalq içərisində siyasi maarifçiliyin geniş yayılmasından asılıdır.
1988-ci ildə başlayan Milli Hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə önəmli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də, Milli Hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir kəsimi toplanaraq müzakirələr aparmış, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar vermişlər. MHB iki böyük yolbayın – M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır.
Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatı (qısaca: MHB) Təşəbbüs Qrupunun üzvləri bildirir ki, MHB-nin başlıca hədəfləri Azərbaycanda milli dövlətçiliyin bütün atributlarının gerçəkləşməsi, o sıradan demokratik rejim, gerçək seçki yolu ilə seçiləcək milli hakimiyyət, bütöv, güclü Azərbaycanın bölgədə söz yiyəsi bir dövlətə çevrilməsi, xalqın rifah düzeyinin yüksəlməsi, Qarabağ başda olmaqla sorunlarımızın milli mənafeyimizə uyğun çözülməsi və ölkəmizdə barışın, sabitliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaşlıq fəallığından birbaşa asılıdır və MHB Təşəbbüs Qrupu hesab edir ki, həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə yetmək mümkündür.
MHB yaşından asılı olmayaraq bütün milli hərəkatçıların üzünə açıqdır və onlar bu hərəkata qatılıb öz bacarıqlarına uyğun fəaliyyət göstərə bilərlər.
Sayğılarımızla
Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifçilik Hərəkatının Təşəbbüs Qrupu üzvləri:
1.Arif Acaloğlu (MHB sözçüsü)
2.Ələsgər Siyablı
3.Arif Rəhimoğlu
4.Aydın Ələkbərli
5.Aydın Şükür
6.Ayvazalı Oruçlu
7.Aqil Səmədbəyli
8.Arzuman Cəfərov
9.Ağası Hun
10.Ahudar Qurbanov
11.Akif Borçalı
12.Abil Babaoğlu
13.Bayram Abbasov
14.Cavid Aydın
15.Dilavər Əzimli (Dr.)
16.Elçin Abdullayev
17.Eldar Sübhanverdiyev
18.Elmar Həsənli
19.Elnur Nazimoğlu
20.Elnur Paşa
21.Elşən Əlisoy
22.Etibar Qərib
23.Əkbər Nəcəf (Dr.)
24.Əli Mustafa
25.Əmirağa Basqallı
26.Faiq Ələkbərli (Dr.)
27.Fəqan Yaqubov
28.Fərid Əlibəy
29.Hacı Zakir Quliyev
30.Hüseyn Əliyev
31.İlqar Salmanoğlu
32.İlyas Abdullayev
33.İsmixan Fərəcov
34.İsrafil Həsənov
35.Qələndər Muxtarlı
36.Qorxmaz İbrahimli
37.Mahmud Əhmədli
38.Mail Bağırov
39.Malik Bayramlı
40.Məzahir Məmmədov –
41.Mirhadi Yusuflu
42.Müxrəddin Borçalı
43.Naib Ələkbərov
44.Namiq Talıbov
45.Natiq Ələsgərli
46.Nizami İsmayılbəyli
47.Nurəddin İsmayıl
48.Orxan Tağıyev
49.Oruc Muradov
50.Raqib İsmayıllı
51.Ramazan Aras
52.Rəhim Sulduzlu
53.Rəvan Bağırlı
54.Rüfət Muradlı
55.Seyid Mirfeyzulla
56.Səlim Muradov
57.Şahnaz Ələgərli
58.Şamil Məmmədli
59.Şeyda Nəsibli
60.Şəmsəddin Cəmiyev
61.Şəmsəddin Rəhimli
62.Telman Verdiyev
63.Teymur Eminbəyli
64.Təvəkkül Süleymanlı
65.Vaqif Almuradlı
66.Vəkil Şahbazlı
67.Vəli Hümmətoğlu
68.Vüqar Abdulla
69.Vüsal Əfəndi
70.Yasəmən Qaraqoyunlu
71.Yaşar Əsədov
72.Zahir Əlisoy