MÜSAVAT Partiyasından oğurluq olub - FOTO

Bu gecə nəmalum şəxslər Müsavat partiyasının qərargahına girib.

 "AzerTaym.az" bildirir ki, bu barədə partiya sədri Arif Hacılı bildirib. Onun sözlərinə görə, qərargahdan oğurluq edilib.

"Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub.

İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır", - A.Hacılı deyib






Fikirlər