"TÜLKÜlərin toyu, BİLDİRÇİNin BƏYliyi..."

{title}

Bir tərəfdə günəş çıxıb, eyni anda da yağış yağanda adətən deyərlər ki, tülkü toy edir.
Bir tərəfdə ölkənin indiki ab-havasının qeyri-müəyyənliyi,  mənəvi iqlimindəki gərginliyi, torpaqların düşmən işğalında olması və bu gedişlə azad edilməsinin hələ üfüqdə görünməməsi, digər tərəfdə, bu dar macalda hədəfləri yalnız daha çox dövlət malını talayıb pul qazanmaq olan, son günlər baş verən hadisələri neçə illərdir ki, ölkə insanlarının beyninə yeridilmiş traybalist təfəkkürdən dəyərləndirənlərin eyforiyası adama tülkü toyunu xatırladır. Bəy tülkülərin əllərinə fürsət keçib, çoxillik istəklərinə çatıblar və onlar salimdirlər, vətən batsa da batsın.
Şərəfsilik nə qədər stimullaşıbsa, fürsətçilər qaçana-uçana macal vermirlər, ağalarının sifarişi ilə harda özləri kimi birisi varsa tapıb ağızlarına gələni dedirdir, yazdırır, yalan və iftiraları sərgiləyib ağalarının əllərini cibinə atmasını, oğurlanan puldan nə qədər qabaqlarına atılmasını dördgözlə güdürlər. Güdmək tülkü xislətidir, onun güddüyü müqəddəs yer toyuq hinidir, şərəfsizlər, yaltaqlar da ağalarının cibinə “müqəddəs toyuq hini” kimi baxar. “Güclülər mərhəmətinə tapınan, hakimlər tapdağında sürünən qarışqalar”, bilin ki, “qılınc və zəncir dünyası”nda heç nə yaddan çıxmır, heç nə unudulmur. Dünyanın zaman adlı gərdişi var, gecə sabaha hamilədir.
Tülkü toylarının səsi hər gün çeşidli, məlum yerlərdən cırcırama səslərlə aləmə yayılır. Cırcıramaların bəyliyi yay bitənə kimi, bildirçinin bəyliyi darı sovulana kimi, dərəni xəlvət görən tülkülərin də bəyliyi tələ yiyəsi gələnə qədərdi.

 

 






Fikirlər