Azərbaycanda Yeni Partiya YARANDI

Hurriyyet.org bildirir ki, Sfera.az-ın əldə etdiyi məlumata görə Azərbaycanda yeni partiyanın –  “Vətən Naminə Birlik Partiyası”nın təşəbbüs qrupunun toplantısı olub.

Emin Babayevin liderliyində bir qrup şəxslər, təşəbbüsçülər ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin rəsmiləşdirilməsində və ifadə olunmasında iştirak etmək niyyəti ilə “Vətən Naminə Birlik” Partiyasının yaradılması barədə təşəbbüs qrupunun toplantısı keçirilib.
Toplantıda Emin Babayevin sədri seçildiyi 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaranıb və tərkibi elan edilib:
1.Babayev Emin Ramiz oğlu (sədr)
2.Bağırov Mircəlal Miryaqub oğlu
3.Savalanov Asif  Balaca oğlu
4. Teryoxin Aleksandr Petroviç
5.Heydərov Qorxmaz Ernst oğlu
6.Abdullayev Nəvahid İsmayıl oğlu
7.Musayev Cümşüd İmaməli oğlu
Təşkilat Komitəsində Partiyanın qurultayına hazırlıqla bağlı qanunla tələb olunan məsələlər üzrə iş bölgüsü aparılıb.
Əldə etdiyimiz məlumata görə yeni partiya sədri İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın qohumudur.
Yeni partiyaya fəaliyyətində uğurlar arzu edirik.

 

 
 






Fikirlər