“Ermənilər terrora meyilli millətdirlər, terrorçuları da var” - İLHAM İSMAYIL

“Ermənilər terrora meyilli millətdirlər, terrorçuları da var”

Ermənilərin etdikləri təxribatlar əhalidə heç bir qram da ruh düşkünlüyü yarada bilməz. Bərdə, Tərtər, Beyləqan, Gəncə kimi şəhərlərimiz vurulsa da, əhali ruhdan düşmür, əksinə düşünürlər ki, addım-addım torpaqlarımızı azad etmək lazımdır”. 

"AzerTaym.az" bildirir ki,bu sözləri “Qafqazinfo”ya Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib. O, qeyd edib ki, ermənilərin şəhərlərimizi bombalaması artıq təxribat deyil, iri miqyaslı müharibədir. 

“Ermənilər terrora meylli millətdirlər, terrorçuları da var. Zamanında, Birinci Qarabağ müharibəsində nəqliyyatda, metroda, avtobuslarda, qatarda terror hadisələri törədiblər. Ona görə də, həm təhlükəsizlik orqanları, həm də əhali ayıq-sayıq olmalıdır”, - ekspert qeyd edib.

İ. İsmayıl bildirib ki, ermənilər bəzi hallarda Müdafiə Nazirliyinin adından əhaliyə müraciət edirlər. O təxribatları bizim xüsusi xidmət orqanları aşkarlayır və KİV-i bununla bağlı məlumatlandırır: “Elə ilk baxışdan adi vətəndaş da ona qulaq asanda görür ki, danışan şəxs ermənidir. Çünki bizim dilimizdə danışan ermənilərdə ləhcə hiss olunur. Təxribatın bir növü də sosial şəbəkələr üzərindən aparılır. İndiki məqamda bəzən insanlar sevincindən hansısa ərazinin azad olduğunu yazırlar. Əslində insanlarımız yalnız rəsmi informasiyalara inanmalıdırlar. İstər özümüz tərəfindən, istər  düşmən tərəfindən deyilən rəsmi olmayan məlumatlara uymaq olmaz”.






Fikirlər