"Həmişə olduğu kimi Azərbaycan Türkiyənin tərəfindədir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaya aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, bölgədə iki aktiv ölkə - həm Türkiyə, həm də Rusiya sanksiya altındadır:
"Bu, istər-istəməz onların daha sıx əməkdaşlıq etməsi üçün bir növ təkan verən hadisələrdir. Nəyi nəzərdə tuturam? Görsənir ki, bölgədə, məsələn, Azərbaycanda onların fəaliyyəti bir-birindən asılı olaraq daha yaxşı əməkdaşlığa zəmin yaradır. Bu Türkiyə ABŞ arasında olan çoxşaxəli münasibətlərin bir istiqamətidir. Biz bunu həmişə nəzərə almalıyıq".
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 ZRK aldığı üçün Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıqlayıb. ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. Siyahıda Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.
Fikirlər