Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır
Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu abrədə ermənilərin "Yerkramas” saytı yazıb. Sayt yazır ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) kənd yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb. Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər.