“Maska taxmayıb deyə deputatı asmaq lazımdır?“ - ETRİRAZ...
“Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün bunu yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər”. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir: "Əslində, qanun qəbul olunanda doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Bir də qanunu açıb baxacam. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamını tutub cərimələsinlər”. Deputat Ramil Həsənin ailə məsələsindən də söz açıb: “Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyatı orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur. Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız. Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır”.