Səhhətinin ağırlaşdığı deyilən Əli Həsənov danışdı: “Vəziyyətim QOZ kimidir” - YENİLƏNİB

Rəsmi dövlət qəzeti: "Əli Həsənov deyirdi ki, hər kəsdən pul alın..."

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun səhhətinin yenidən ağırlaşması barədə məlumat yayılıb.

"AzerTaym.az" bildirir ki, məsələ ilə bağlı Ə.Həsənov Manset.az-a açıqlamasında sağlıq durumunun yaxşı olduğunu bildirib:

"Hərə ağzına gələni yazır.Mən belə söhbətlərə məhəl qoymuram.Səhhətimin pis və ya yaxşı olmasının kimə nə aidiyyatı var?Hər şey yaxşıdır.Vəziyyətim qoz kimidir".

***

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun səhhəti yenidən ağırlaşıb.

  Bu barədə Hollandiyada yaşayan azərbaycanlı jurnalist Fikrət Hüseynli məlumat yayıb.

Jurnalist qeyd edib ki, Əli Həsənovun yenidən ürəyi tutub.

Məsələ ilə bağlı Əli Həsənovla əlaqə yaratmağa çalışsaq da, telefon zənglərimizə cavab verilməyib. /Konkret.az






Fikirlər