SÜLHMƏRAMLILAR, NƏHAYƏT, SAXTA XƏRİTƏNİ DƏYİŞDİLƏR - 10 ay sonra ilk müsbət addım + FOTO
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra nəhayət müsbət sayıla biləcək bir addım atıblar. Belə ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə ciddi dəyişiklik edilib. Qondarma “DQR” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər. Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər.