ƏRDOĞAN Ermənistanla bağlı şərtlərini AÇIQLADI...

Ərdoğan Ermənistanla bağlı şərtlərini açıqladı

“Azərbaycan və Türkiyə müttəfiqliyi təkcə regional baxımdan yox, dünya miqyasında da mühüm amildir”. Bu barədə Prezident İlham Əliyev Zəngilanda Türkiyə prezidentilə danışıqlar başa çatdıqdan sonra mətbuat üçün bəyanatda bildirib.

"Burada olarkən Zəngəzur dəhlizindən danışmaya bilmərik. Zəngilan Şərqi Zəngəzurda yerləşir. Buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması üçün praktiki addımlar atırlar və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz nəticələrini verəcək", - Əliyev deyib.

“Türkiyə bundan sonra da qardaş Azərbaycanı dəstəkləyəcək”, öz növbəsində Ərdoğan deyib. 

"Bu gün regionda davamlı sülh üçün heç zaman olmadığı kimi əlverişli vəziyyət mövcuddur. Bunun üçün regionda yeni reallıqlara uyğun addımlar atılmalıdır. Bu regiondan keçəcək avtomobil və dəmir yolları təkcə Azərbaycana və Türkiyəyə xidmət etməyəcək.

Onlar regionun bütün ölkələri üçün yaxşı iqtisadi imkanlar yaradacaq... İran, Gürcüstan və Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları bundan istifadə edə biləcəklər", - Ərdoğan deyib. 

Bununla yanaşı, o, "sərhədlərin delimitasiyası və qarşılıqlı tanınmasının vacibliyini" vurğulayıb.

"Mehriban qonşuluğun əsasını məhz bu anlayış təşkil edir. Bu məsələlərdə Ermənistanın Azərbaycana qarşı münasibətdə səmimi iradəsinə zərurət var. Əgər Ermənistan Azərbaycana qarşı xoş məram nümayiş etdirərsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına maneə qalmayacaq", - Ərdoğan bildirib.






Fikirlər