Saleh Rüstəmlinin həbsdən İLK FOTOSU YAYILDI FOTO / VİDEO
Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru, professor, həkimi Adil Qeybulla Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısının səhhəti ilə bağlı məlumat paylaşıb. Musavat.com xəbər verir ki, Adil Qəbullanın sözlərinə görə Saleh Rüstəmlinin sağlıq durumu ilə bağlı mətbuatda gedən bəzi informasiyalar həqiqətə uyğun deyil. "Müalicə Müəssisəsinin həkimləri ilə birgə onun səhhətini ciddi nəzarət altında saxlayırıq. Saleh bəyin sağlamlığının bərpası istiqamətində tədbirlər aclığı dayandırmaqdan xeyli əvvəl başlayıb. Alimentar qidalanmaya keçdikdən sonra isə bərpa prosesi sürətlə gedir. Aşağıdakı şəkil aclığın dayandırıldığı gün çəkilib. Bu şəkli Saleh bəy azadlığa çıxandan sonra Sizlərə təqdim etmək fikrində idim. Lakin yersiz və əsassız şaiyələri təkzib etmək zərurəti yarandığından buna məcbur oldum. Qısa video sujet də var. Gəlin hamılıqla arzu edək ki, Saleh bəyin səhhəti tezliklə tam bərpa olsun və o, layiq olduğu azadlığına qovuşsun"- deyə? Adil Qeybulla qeyd edib.