“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq” - Çavuşoğlu

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.//“Report”






Fikirlər