Müsavatdan şok qərar - Partiya seçkidən geri çəkildi
Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkisində iştirakını dayandırıb. Strateq.az-a partiyadan daxil olan məlumata görə, bu qərar Müsavat Divanının bu gün keçirilən toplantısında verilib. Səbəb isə seçkidə qanun pozuntuları göstərilib. Xatırladaq ki, Müsavat partiyası parlament seçkilərində 80-a yaxın namizəd irəli sürmüşdü. Həmin namizədlərdən yalnız 12-si qeydə alınıb.