“Putinin apardığı siyasət Hitlerin 85 il bundan öncə apardığı siyasətin təkrarıdır” - Rəsul Quliyev
“Rusiya prezidenti Putinin apardığı siyasət Hitlerin 85 il bundan öncə apardığı siyasətin təkrarıdır”. Gununsesi.info-nun xəbərinə görə, bunu hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev deyib. Onun sözlərinə görə, 2-ci dünya müharibəsinə səbəb olmuş , 50 milyondan çox insanların məhv olmasına gətirib çıxarmış bu müharibənin başlama səbəblərini Avropanın yenidən yaddan çıxarmasının nəticələri daha ağır ola bilər: “3-cü dünya müharibəsi ən azı 200 milyondan artıq insan tələfatı ilə nəticələnə bilər. Hitler hakimiyyətə gələndən sonra müxtəlif tələblərinin yerinə yetrilməsinə başladı. O dövrdə zəif olan Almaniyanın şıltaq konslerinin tələblərini yerinə yetirənlərin tarix qarşısında buraxdığı səhvlərin nəticələri hamıya məlumdur. 1938-ci ildə Hitler Çexslovakiyanın Sudet vilayətinin ona verilməsi ilə sakitləşəcəyini, əmin amanlığa əməl edəcəyinə söz verdi. BB-nın və Fransanın premyerləri sevinclərindən özlərinə yer tapmırdılar. Nəhayət Hitlerlə dil tapdıq, biz böyük siyasətçilərik deyib xalqlarını aldadırdılar. Hitler Sudet vilayətindən sonra bütün Çexslovakiyanı işğal etdi. Onun ardınca Avstriya işğal edildi. Sonra Stalinlə müqavilə bağlayıb birlikdə Polşanı işğal etdilər və 2-ci dünya müharibəsi başladı. Cənab Putin heç bir danışıq aparmadan 2008-ci ildə Gürcüstanın cənubi Asetiya, Abxaziyasını həyasızcasına işğal etdi. Avropa və ABŞ 1938-ci ildə olduğu kimi səslərini çıxarmadı. 2014-cü ildə Krımı və paralel Ukraynanın Donbas vilayətlərini işğal etdi. Krımı qoruyacaqları barədə müqaviləyə imza atmış ABŞ və BB-na Rusiyaya heç NOTA belə vermədi. İndi Rusiya ABŞ, NATO Aİ-dan Ukraina və Gürcüstanın ittifaqa qəbul edilməməsi tələbini irəli sürüb. Bu struktlar həmin 1938-ci ildəki kimi aqressor Putinlə (müasir Hitler) danışıqlar aparmaq istəyir.Yəni ya mən dediyimi etməlisiniz, ya da mən əvvəl Ukraynanı işğal edəcəyəm sonrasına baxarıq”. Rəsul Quliyevin sözlərinə görə, bu dəfə də qərb ölkələri zəiflik göstərib Putinin tələblərinin bir faizinə belə əməl etsə Rusiyanın Belarusiyanı bütövlüklə işğal etməsi həyata keçiriləcək: “Demək olar ki, 80 faiz Rusiyanın əhatəsində olan Ukraynanı tutmaq daha da asanlaşacaq. Onun ardınca Qazaxstana qoşun yeridəcək. Abxaziya və Cənubi Asetiya (Rusiya) birləşib Gürcüstana hucum edəcək. Ermənistandakı hərbi kontinentini 2 dəfə artıracaq. Ardınca Azərbaycanda hərbi bazalarını yerləşdirəcək. ABŞ-NATO-Aİ bunları anlamayıb Putinin qarşısından geri çəkilsə nəticə çox ağır olacaq. Ona görə Putinə çox qətiyyətli yox deməklə yanaşı təcili Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək lazımdır”.