“Putin özünü Pyotr, Stalindən də dahi hesab edir” – Rəsul Quliyev

“Putin özünü Pyotr, Stalindən də dahi hesab edir” – Rəsul Quliyev

“2000-ci ildə hakimiyyəti ələ keçirmiş Putinin ölənə qədər bu vəzifəni heç kimə verməyəcəyini bilməyən yoxdur. Özündən paranoik səviyyəsində müştəbeh olan bu insan RF-dan aqressiv bir ölkə yaradıb və özünü I Pyotr, Stalin səviyyəli, bəlkə də daha dahi bir lider hesab edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Putin daim qonşu dövlətlərin BMT tərəfindən qəbul edilmiş, RF-nın imza atdığı ərazilərini işğal etməklə məşğuldur.

“Gürcüstanın Cənubi Osetiya, Abxaziya, Moldovanın Dnestr , Ukraynanın Krım və Donbas ərazilərini işğal edib, qoşunlarını bu ərazilərdə yerləşdirib və etdiyi bu cinayətlərlə fəxr edir. Bu adam bir neçə dəfə Qazaxstanı hədələyib. Rusiya aqresiyasından qorxan Nazarbayev ölkəsinin paytaxtını yaşamaq üçün yararsız olan Astanaya (Nur Sultan) köçürmüşdür.  Xam torpaqlar adı ilə Sovet imperiyası tarixinə düşmüş Astanada əsasən qazaxlar yox sovetlərin hər yerindən köçürülmüş rus dilli xalqları yaşayırdı. 

Bu illər ərzində Qazaxıstanın liderləri 52 faiz rus dillilərin sayını 35 faizə qədər aşağı sala bilib. Ancaq hələ də Putin aqresiyasından qorxur.

Qərb Rusiya aqresiyasının qarşısını ala bilmir, qorxur. Rusiyanın ordusu ən zəif ordulardan biridir. Həmişə belə olub. Sadəcə insanların ən ucuz dəyəri olduğunu qəbul edən Rusiya liderləri dəli Qroznudan başlayaraq, bu günkü Putinə qədər insanları kütləvi şəkildə ölümə göndərməklə müəyyən qələbələr əldə ediblər. 

Bu gün Ukrayna 3 Baltik ölkəsi və Polşa ilə birlikdə Rus ordusunu ən çoxu 3 aya diz üstə qoya bilər. Ancaq qərb Putinin nüvə silahı işlədəcəyindən qorxur. Putin bir aydır Ukraynanı hədələyir. 

Nəhayət Ukraynanı real müdafiə edə biləcək bir ölkə tapıldı.Türkiyə prezidenti Ərdoğan Prezident Zelenski ilə görüşdü. Ərdoğan açıq tekstlə Krım və Donbas Ukraynanındır, Türkiyə Ukraynanın arxasında dağ kimi dayanıb və Ukrayna ilə birlikdə hərbi sənaye yaradacaq bəyanatını verdi.

Putin qərbi atom bombası ilə qorxuda bilər. Ancaq Ərdoğanı qorxuda bilməz. Türkiyə gücünü Suriya və Liviyada Rusiyaya göstərib. Bu gün Rusiyanın qorxduğu yeganə ölkə Türkiyədir. Türlkiyə Orta Asiya və Azərbaycanı qorumağı da bəyan edib. Azərbaycanın Rusiyanın dırnaq arası sülh məramlılarından canını qurtarmasının açarı Türkiyə ilə qardaşlıq münasibətini daha da genişləndirməsindədir. Paşinyanın Ermənistan seçkilərində qalib gəlməsi bu regionda çox güclü anti aqressor koalisiyasının yaradılmasına kömək edə bilər”.






Fikirlər